الشمس
The Sun • 15 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1And olsun günəşə və onun saçdığı şəfəqə!
2And olsun onu təqib edən aya!
3And olsun (günəşi) parlaq edən gündüzə!
4And olsun (günəşi) örtüb-bürüyən gecəyə!
5And olsun göyə və onu bina edənə! (Yaxud: And olsun göyə və onun yaradılışına).
6And olsun yerə və onu döşəyənə!
7And olsun nəfsə və ona (gözəl) biçim verənə,
8ona (nəfsə) günahlarını və (Allahdan) qorxmasını təlqin edənə!
9Nəfsini (günahdan) təmizləyən nicat tapmışdır.
10Onu (günaha) batıran isə ziyana uğramışdır.
11Səmud (qövmü) öz azğınlığı üzündən (Allahın elçisi Salehi) inkar etdi.
12Onların ən bədbəxti (dəvəni kəsməyə) qalxdığı zaman
13Allahın elçisi (Saleh) onlara: “Allahın (bu) dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!”– dedi.
14Onlar isə onu (Salehi) yalançı sayıb, dəvəni kəsdilər. Rəbbi də bu günahlarına görə onların hamısını məhv edib yerlə yeksan etdi.
15Allah bunun aqibətindən qorxmaz!