الأعلى
The Most High • 19 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1Ən Uca Rəbbinin adını təsbih et!
2O Rəbbin ki, (hər şeyi) yaratdı və kamilləşdirdi.
3O Rəbbin ki, (hər şeyin müqəddəratını əzəldən) müəyyən etdi və yol göstərdi.
4O Rəbbin ki, otlağı çıxartdı.
5Sonra da onu (çürüyüb) qaralmış samana çevirdi.
6(Ey Peyğəmbər!) Biz sənə (Quranı) oxudacağıq və sən (onu) unutmayacaqsan.
7Yalnız Allahın istədiyindən başqa. Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir.
8Biz səni ən asan olana (Cənnətə aparan əməllərə) müvəffəq edəcəyik.
9(Ey Peyğəmbər!) Xatırlatmaq fayda versə, xatırlat!
10(Allahdan) qorxan öyüd-nəsihət götürəcəkdir.
11Ən bədbəxt (kafir kimsə) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır.
12O kimsə ki, ən böyük alova (Cəhənnəm alovuna) atılacaqdır.
13Sonra orada nə öləcək, nə də yaşaya biləcək.
14(Günahlardan) təmizlənən kimsə isə uğur qazanmışdır.
15O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır.
16Xeyr, siz dünya həyatını üstün tutursunuz.
17Axirət isə daha xeyirli və daha davamlıdır.
18Həqiqətən də, bu (anlatılanlar), əvvəlki səhifələrdə də vardır –
19İbrahimin və Musanın səhifələrində.