Ya-Sin

يس

Ya-Sin83 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

يسٓ﴿١

1Ya. Sin.[1]

وَٱلۡقُرۡءَانِ ٱلۡحَكِيمِ﴿٢

2And olsun hikmətli Qurana!

إِنَّكَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ﴿٣

3Həqiqətən, sən göndərilmiş elçilərdənsən,

عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ﴿٤

4doğru yoldasan.

تَنزِيلَ ٱلۡعَزِيزِ ٱلرَّحِيمِ﴿٥

5(Bu Quran) Qüdrətli və Rəhmli (Allah) tərəfindən nazil edilmişdir ki,

لِتُنذِرَ قَوۡمٗا مَّآ أُنذِرَ ءَابَآؤُهُمۡ فَهُمۡ غَٰفِلُونَ﴿٦

6ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir qövmü xəbərdar edəsən.

لَقَدۡ حَقَّ ٱلۡقَوۡلُ عَلَىٰٓ أَكۡثَرِهِمۡ فَهُمۡ لَا يُؤۡمِنُونَ﴿٧

7Artıq əksəriyyətinin iman gətirməyəcəyinə dair söz gerçəkləşdi.

إِنَّا جَعَلۡنَا فِيٓ أَعۡنَٰقِهِمۡ أَغۡلَٰلٗا فَهِيَ إِلَى ٱلۡأَذۡقَانِ فَهُم مُّقۡمَحُونَ﴿٨

8Biz onların boyunlarına dəmir həlqələr keçirdik. Bu həlqələr onların çənələrinə dirənmişdir. Odur ki, başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir.

وَجَعَلۡنَا مِنۢ بَيۡنِ أَيۡدِيهِمۡ سَدّٗا وَمِنۡ خَلۡفِهِمۡ سَدّٗا فَأَغۡشَيۡنَٰهُمۡ فَهُمۡ لَا يُبۡصِرُونَ﴿٩

9Biz onların önlərindən bir sədd, arxalarından da bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar (haqqı) görməzlər.

وَسَوَآءٌ عَلَيۡهِمۡ ءَأَنذَرۡتَهُمۡ أَمۡ لَمۡ تُنذِرۡهُمۡ لَا يُؤۡمِنُونَ﴿١٠

10Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməzlər.

إِنَّمَا تُنذِرُ مَنِ ٱتَّبَعَ ٱلذِّكۡرَ وَخَشِيَ ٱلرَّحۡمَٰنَ بِٱلۡغَيۡبِۖ فَبَشِّرۡهُ بِمَغۡفِرَةٖ وَأَجۡرٖ كَرِيمٍ﴿١١

11Sən ancaq Zikrə (Qurana) tabe olub Rəhmanı görmədən (Ondan) çəkinən kimsəni qorxuda bilərsən. Beləsini bağışlanma və gözəl bir mükafatla müjdələ.

إِنَّا نَحۡنُ نُحۡيِ ٱلۡمَوۡتَىٰ وَنَكۡتُبُ مَا قَدَّمُواْ وَءَاثَٰرَهُمۡۚ وَكُلَّ شَيۡءٍ أَحۡصَيۡنَٰهُ فِيٓ إِمَامٖ مُّبِينٖ﴿١٢

12Həqiqətən, ölüləri dirildən, onların (dünyada) etdiklərini və buraxdıqları izləri (axar sədəqə kimi saleh əməlləri) yazan Bizik. Biz hər şeyi açıq-aydın Kitabda (Lövhi-məhfuzda) qeydə almışıq.

وَٱضۡرِبۡ لَهُم مَّثَلًا أَصۡحَٰبَ ٱلۡقَرۡيَةِ إِذۡ جَآءَهَا ٱلۡمُرۡسَلُونَ﴿١٣

13Sən onlara o şəhər sakinlərini misal çək. O zaman ki, onlara elçilər gəlmişdi.

إِذۡ أَرۡسَلۡنَآ إِلَيۡهِمُ ٱثۡنَيۡنِ فَكَذَّبُوهُمَا فَعَزَّزۡنَا بِثَالِثٖ فَقَالُوٓاْ إِنَّآ إِلَيۡكُم مُّرۡسَلُونَ﴿١٤

14O zaman onlara iki nəfər (elçi) göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də (elçilərimizi) üçüncüsü ilə qüvvətləndirdik. (Bu elçilər:) “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”– dedilər.

قَالُواْ مَآ أَنتُمۡ إِلَّا بَشَرٞ مِّثۡلُنَا وَمَآ أَنزَلَ ٱلرَّحۡمَٰنُ مِن شَيۡءٍ إِنۡ أَنتُمۡ إِلَّا تَكۡذِبُونَ﴿١٥

15Onlar dedilər: “Siz də bizim kimi bir insansınız. Rəhman sizə heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız”.

قَالُواْ رَبُّنَا يَعۡلَمُ إِنَّآ إِلَيۡكُمۡ لَمُرۡسَلُونَ﴿١٦

16(Elçilər) dedilər: “Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik.

وَمَا عَلَيۡنَآ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ﴿١٧

17Bizim üzərimizə düşən (vəhy olunanı) aşkar təbliğ etməkdir”.

قَالُوٓاْ إِنَّا تَطَيَّرۡنَا بِكُمۡۖ لَئِن لَّمۡ تَنتَهُواْ لَنَرۡجُمَنَّكُمۡ وَلَيَمَسَّنَّكُم مِّنَّا عَذَابٌ أَلِيمٞ﴿١٨

18Onlar dedilər: “Biz sizdə uğursuzluq gördük. Əgər (dəvətinizə) son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq şiddətli bir əzab toxunacaqdır”.

قَالُواْ طَٰٓئِرُكُم مَّعَكُمۡ أَئِن ذُكِّرۡتُمۚ بَلۡ أَنتُمۡ قَوۡمٞ مُّسۡرِفُونَ﴿١٩

19(Elçilər) dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Yoxsa sizə edilən öyüd-nəsihəti (bəd əlamət sayırsınız)?! Xeyr, siz həddi aşmış bir qövmsünüz”.

وَجَآءَ مِنۡ أَقۡصَا ٱلۡمَدِينَةِ رَجُلٞ يَسۡعَىٰ قَالَ يَٰقَوۡمِ ٱتَّبِعُواْ ٱلۡمُرۡسَلِينَ﴿٢٠

20Şəhərin ən ucqar yerindən (Həbib bin Musa ən-Nəccar adlı) bir kişi tələsik gəlib dedi: “Ey qövmüm, elçilərə tabe olun!

ٱتَّبِعُواْ مَن لَّا يَسۡـَٔلُكُمۡ أَجۡرٗا وَهُم مُّهۡتَدُونَ﴿٢١

21Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan kəslərə tabe olun!

وَمَالِيَ لَآ أَعۡبُدُ ٱلَّذِي فَطَرَنِي وَإِلَيۡهِ تُرۡجَعُونَ﴿٢٢

22Mən nə üçün məni yaradana və hüzuruna qaytarılacağınız Allaha ibadət etməyim?!

ءَأَتَّخِذُ مِن دُونِهِۦٓ ءَالِهَةً إِن يُرِدۡنِ ٱلرَّحۡمَٰنُ بِضُرّٖ لَّا تُغۡنِ عَنِّي شَفَٰعَتُهُمۡ شَيۡـٔٗا وَلَا يُنقِذُونِ﴿٢٣

23Mən heç Ondan başqa ilahlar qəbul edərəmmi?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.

إِنِّيٓ إِذٗا لَّفِي ضَلَٰلٖ مُّبِينٍ﴿٢٤

24Belə olacağı təqdirdə mən açıq-aydın azğınlığa düşmüş olaram.

إِنِّيٓ ءَامَنتُ بِرَبِّكُمۡ فَٱسۡمَعُونِ﴿٢٥

25Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın!”

قِيلَ ٱدۡخُلِ ٱلۡجَنَّةَۖ قَالَ يَٰلَيۡتَ قَوۡمِي يَعۡلَمُونَ﴿٢٦

26(Şəhər sakinləri bu kişini öldürdükdən sonra) ona: “Cənnətə daxil ol!”– deyildi. O dedi: “Kaş qövmüm biləydi ki,

بِمَا غَفَرَ لِي رَبِّي وَجَعَلَنِي مِنَ ٱلۡمُكۡرَمِينَ﴿٢٧

27Rəbbim məni bağışladı və məni hörmətli kimsələrdən etdi”.

۞ وَمَآ أَنزَلۡنَا عَلَىٰ قَوۡمِهِۦ مِنۢ بَعۡدِهِۦ مِن جُندٖ مِّنَ ٱلسَّمَآءِ وَمَا كُنَّا مُنزِلِينَ﴿٢٨

28Biz ondan (Həbib bin Musa ən-Nəccardan) sonra qövmünün üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.

إِن كَانَتۡ إِلَّا صَيۡحَةٗ وَٰحِدَةٗ فَإِذَا هُمۡ خَٰمِدُونَ﴿٢٩

29(Onları məhv edən) ancaq dəhşətli bir səs oldu. Onlar bir anda məhv oldular.

يَٰحَسۡرَةً عَلَى ٱلۡعِبَادِۚ مَا يَأۡتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ﴿٣٠

30Vay olsun o qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər.

أَلَمۡ يَرَوۡاْ كَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّنَ ٱلۡقُرُونِ أَنَّهُمۡ إِلَيۡهِمۡ لَا يَرۡجِعُونَ﴿٣١

31Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və onların bir daha geriyə (dünyaya) öz yanlarına qayıtmadığını görmürlərmi?!

وَإِن كُلّٞ لَّمَّا جَمِيعٞ لَّدَيۡنَا مُحۡضَرُونَ﴿٣٢

32Onların hamısı (Qiyamət günü hesab üçün) hüzurumuza gətiriləcəklər.

وَءَايَةٞ لَّهُمُ ٱلۡأَرۡضُ ٱلۡمَيۡتَةُ أَحۡيَيۡنَٰهَا وَأَخۡرَجۡنَا مِنۡهَا حَبّٗا فَمِنۡهُ يَأۡكُلُونَ﴿٣٣

33Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan toxum (dənli bitkilər) çıxardırıq, onlar da ondan yeyirlər.

وَجَعَلۡنَا فِيهَا جَنَّٰتٖ مِّن نَّخِيلٖ وَأَعۡنَٰبٖ وَفَجَّرۡنَا فِيهَا مِنَ ٱلۡعُيُونِ﴿٣٤

34Biz orada xurma və üzüm bağları yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki,

لِيَأۡكُلُواْ مِن ثَمَرِهِۦ وَمَا عَمِلَتۡهُ أَيۡدِيهِمۡۚ أَفَلَا يَشۡكُرُونَ﴿٣٥

35onların meyvələrindən və öz əlləri ilə becərmədiklərindən (yaxud becərdiklərindən) yesinlər. Yenə də şükür etməyəcəklərmi?!

سُبۡحَٰنَ ٱلَّذِي خَلَقَ ٱلۡأَزۡوَٰجَ كُلَّهَا مِمَّا تُنۢبِتُ ٱلۡأَرۡضُ وَمِنۡ أَنفُسِهِمۡ وَمِمَّا لَا يَعۡلَمُونَ﴿٣٦

36Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir.

وَءَايَةٞ لَّهُمُ ٱلَّيۡلُ نَسۡلَخُ مِنۡهُ ٱلنَّهَارَ فَإِذَا هُم مُّظۡلِمُونَ﴿٣٧

37Gecə də, onlar üçün (Allahın qüdrətinə dəlalət edən) bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi onlar zülmət içində qalırlar.

وَٱلشَّمۡسُ تَجۡرِي لِمُسۡتَقَرّٖ لَّهَاۚ ذَٰلِكَ تَقۡدِيرُ ٱلۡعَزِيزِ ٱلۡعَلِيمِ﴿٣٨

38Günəş də, özü üçün müəyyən edilmiş yerdə hərəkət edər. Bu, Qüdrətli, (hər şeyi) Bilən Allahın əzəli hökmüdür.

وَٱلۡقَمَرَ قَدَّرۡنَٰهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَٱلۡعُرۡجُونِ ٱلۡقَدِيمِ﴿٣٩

39Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o (mənzilləri tədricən başa vurduqdan sonra) dönüb xurma ağacının qurumuş budağı kimi (əyri) olar.

لَا ٱلشَّمۡسُ يَنۢبَغِي لَهَآ أَن تُدۡرِكَ ٱلۡقَمَرَ وَلَا ٱلَّيۡلُ سَابِقُ ٱلنَّهَارِۚ وَكُلّٞ فِي فَلَكٖ يَسۡبَحُونَ﴿٤٠

40Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz yolu ilə hərəkət edər.

وَءَايَةٞ لَّهُمۡ أَنَّا حَمَلۡنَا ذُرِّيَّتَهُمۡ فِي ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ﴿٤١

41Onların züriyyətini yüklü gəmidə (Nuhun gəmisində) daşımağımız da onlar üçün bir dəlildir.

وَخَلَقۡنَا لَهُم مِّن مِّثۡلِهِۦ مَا يَرۡكَبُونَ﴿٤٢

42Biz onlar üçün buna (Nuhun gəmisinə) bənzər (daha neçə-neçə) minik vasitəsi yaratdıq.

وَإِن نَّشَأۡ نُغۡرِقۡهُمۡ فَلَا صَرِيخَ لَهُمۡ وَلَا هُمۡ يُنقَذُونَ﴿٤٣

43Əgər istəsək, onları (suya) qərq edərik. O zaman nə onların imdadına çatan olar, nə də onlar xilas ola bilərlər.

إِلَّا رَحۡمَةٗ مِّنَّا وَمَتَٰعًا إِلَىٰ حِينٖ﴿٤٤

44Yalnız Bizim (onlara) rəhm etməyimiz və (onlara,) müəyyən edilmiş vaxtadək, gün-güzəran nəsib etməyimiz müstəsnadır.

وَإِذَا قِيلَ لَهُمُ ٱتَّقُواْ مَا بَيۡنَ أَيۡدِيكُمۡ وَمَا خَلۡفَكُمۡ لَعَلَّكُمۡ تُرۡحَمُونَ﴿٤٥

45Onlara: “Önünüzdə və arxanızda olandan (dünya və axirət əzabından) qorxun ki, bəlkə sizə rəhm oluna!”– deyildikdə (üz çevirirlər).

وَمَا تَأۡتِيهِم مِّنۡ ءَايَةٖ مِّنۡ ءَايَٰتِ رَبِّهِمۡ إِلَّا كَانُواْ عَنۡهَا مُعۡرِضِينَ﴿٤٦

46Onlara Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, ondan üz döndərməsinlər.

وَإِذَا قِيلَ لَهُمۡ أَنفِقُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ قَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُوٓاْ أَنُطۡعِمُ مَن لَّوۡ يَشَآءُ ٱللَّهُ أَطۡعَمَهُۥٓ إِنۡ أَنتُمۡ إِلَّا فِي ضَلَٰلٖ مُّبِينٖ﴿٤٧

47Onlara: “Allahın sizə verdiyi ruzidən xərcləyin!”– deyildikdə, kafirlər möminlərə deyirlər: “Allahın istədiyi təqdirdə yedirə biləcəyi kimsəni bizmi yedirdəcəyik?! Siz ancaq açıq-aydın azğınlıq içindəsiniz”.

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ﴿٤٨

48Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyirlər.

مَا يَنظُرُونَ إِلَّا صَيۡحَةٗ وَٰحِدَةٗ تَأۡخُذُهُمۡ وَهُمۡ يَخِصِّمُونَ﴿٤٩

49Onlar, bir-birləri ilə höcətləşərkən (dünya işləri ilə məşğul olarkən) özlərini yaxalayacaq bir tükürpədici səsi (sura birinci dəfə üfürülməsini) gözləyirlər.

فَلَا يَسۡتَطِيعُونَ تَوۡصِيَةٗ وَلَآ إِلَىٰٓ أَهۡلِهِمۡ يَرۡجِعُونَ﴿٥٠

50Onlar nə bir vəsiyyət etməyə qadir olacaq, nə də ailələrinin yanına qayıda biləcəklər.

وَنُفِخَ فِي ٱلصُّورِ فَإِذَا هُم مِّنَ ٱلۡأَجۡدَاثِ إِلَىٰ رَبِّهِمۡ يَنسِلُونَ﴿٥١

51Sur (ikinci dəfə) üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf tələsəcəklər.

قَالُواْ يَٰوَيۡلَنَا مَنۢ بَعَثَنَا مِن مَّرۡقَدِنَاۜۗ هَٰذَا مَا وَعَدَ ٱلرَّحۡمَٰنُ وَصَدَقَ ٱلۡمُرۡسَلُونَ﴿٥٢

52Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Rəhmanın vəd etdiyidir. Elçilər doğru deyirlərmiş”.

إِن كَانَتۡ إِلَّا صَيۡحَةٗ وَٰحِدَةٗ فَإِذَا هُمۡ جَمِيعٞ لَّدَيۡنَا مُحۡضَرُونَ﴿٥٣

53Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər.

فَٱلۡيَوۡمَ لَا تُظۡلَمُ نَفۡسٞ شَيۡـٔٗا وَلَا تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ﴿٥٤

54O gün heç kəsə zülm edilməyəcək. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir.

إِنَّ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ ٱلۡيَوۡمَ فِي شُغُلٖ فَٰكِهُونَ﴿٥٥

55O gün Cənnət əhli nemətlər içində kef çəkməklə məşğul olacaqlar.

هُمۡ وَأَزۡوَٰجُهُمۡ فِي ظِلَٰلٍ عَلَى ٱلۡأَرَآئِكِ مُتَّكِـُٔونَ﴿٥٦

56Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər.

لَهُمۡ فِيهَا فَٰكِهَةٞ وَلَهُم مَّا يَدَّعُونَ﴿٥٧

57Onlar üçün orada meyvələr və istədikləri hər şey vardır.

سَلَٰمٞ قَوۡلٗا مِّن رَّبّٖ رَّحِيمٖ﴿٥٨

58Onlara Mərhəmətli Rəbbdən bir söz olaraq “Salam” vardır.

وَٱمۡتَٰزُواْ ٱلۡيَوۡمَ أَيُّهَا ٱلۡمُجۡرِمُونَ﴿٥٩

59(Qiyamət günü kafirlərə:) "Ey günahkarlar! Bu gün (möminlərdən) ayrılın!"– (deyiləcəkdir).

۞ أَلَمۡ أَعۡهَدۡ إِلَيۡكُمۡ يَٰبَنِيٓ ءَادَمَ أَن لَّا تَعۡبُدُواْ ٱلشَّيۡطَٰنَۖ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٞ﴿٦٠

60Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir,

وَأَنِ ٱعۡبُدُونِيۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ﴿٦١

61Mənə ibadət edin! Doğru yol budur.

وَلَقَدۡ أَضَلَّ مِنكُمۡ جِبِلّٗا كَثِيرًاۖ أَفَلَمۡ تَكُونُواْ تَعۡقِلُونَ﴿٦٢

62Artıq (şeytan) içərinizdən bir çoxlarını yoldan çıxartmışdır. Məgər dərk etmirdiniz?!

هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِي كُنتُمۡ تُوعَدُونَ﴿٦٣

63Bu, sizə vəd edilmiş Cəhənnəmdir.

ٱصۡلَوۡهَا ٱلۡيَوۡمَ بِمَا كُنتُمۡ تَكۡفُرُونَ﴿٦٤

64Küfür etdiyinizə görə bu gün orada yanın!

ٱلۡيَوۡمَ نَخۡتِمُ عَلَىٰٓ أَفۡوَٰهِهِمۡ وَتُكَلِّمُنَآ أَيۡدِيهِمۡ وَتَشۡهَدُ أَرۡجُلُهُم بِمَا كَانُواْ يَكۡسِبُونَ﴿٦٥

65Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları (günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər.

وَلَوۡ نَشَآءُ لَطَمَسۡنَا عَلَىٰٓ أَعۡيُنِهِمۡ فَٱسۡتَبَقُواْ ٱلصِّرَٰطَ فَأَنَّىٰ يُبۡصِرُونَ﴿٦٦

66Əgər istəsəydik, onların gözlərini kor edərdik. O zaman onlar (düz) yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər?!

وَلَوۡ نَشَآءُ لَمَسَخۡنَٰهُمۡ عَلَىٰ مَكَانَتِهِمۡ فَمَا ٱسۡتَطَٰعُواْ مُضِيّٗا وَلَا يَرۡجِعُونَ﴿٦٧

67Əgər istəsəydik, onları yerlərindəcə elə hala salardıq ki, nə irəli, nə də geri gedə bilərdilər.

وَمَن نُّعَمِّرۡهُ نُنَكِّسۡهُ فِي ٱلۡخَلۡقِۚ أَفَلَا يَعۡقِلُونَ﴿٦٨

68Kimə uzun ömür veririksə, onu xilqətcə tərsinə çeviririk. Məgər başa düşmürlər?!

وَمَا عَلَّمۡنَٰهُ ٱلشِّعۡرَ وَمَا يَنۢبَغِي لَهُۥٓۚ إِنۡ هُوَ إِلَّا ذِكۡرٞ وَقُرۡءَانٞ مُّبِينٞ﴿٦٩

69Biz Ona (Muhammədə) şeir öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki,

لِّيُنذِرَ مَن كَانَ حَيّٗا وَيَحِقَّ ٱلۡقَوۡلُ عَلَى ٱلۡكَٰفِرِينَ﴿٧٠

70diri olanları xəbərdar etsin və kafirlər barəsindəki söz gerçəkləşsin.

أَوَلَمۡ يَرَوۡاْ أَنَّا خَلَقۡنَا لَهُم مِّمَّا عَمِلَتۡ أَيۡدِينَآ أَنۡعَٰمٗا فَهُمۡ لَهَا مَٰلِكُونَ﴿٧١

71Məgər onlar görmürlər ki, Biz onlar üçün, sahib olduqları heyvanları Öz əllərimizlə yaratmışıq?!

وَذَلَّلۡنَٰهَا لَهُمۡ فَمِنۡهَا رَكُوبُهُمۡ وَمِنۡهَا يَأۡكُلُونَ﴿٧٢

72Biz bunları (heyvanları) onların ixtiyarına verdik. Onların bəzisini minir, bəzisini də yeyirlər.

وَلَهُمۡ فِيهَا مَنَٰفِعُ وَمَشَارِبُۚ أَفَلَا يَشۡكُرُونَ﴿٧٣

73Bunlarda (bu heyvanlarda) onlar üçün (başqa) mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi?!

وَٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ ءَالِهَةٗ لَّعَلَّهُمۡ يُنصَرُونَ﴿٧٤

74(Müşriklər) Allahdan başqa ilahlar qəbul etdilər ki, bəlkə özlərinə bir kömək olsun.

لَا يَسۡتَطِيعُونَ نَصۡرَهُمۡ وَهُمۡ لَهُمۡ جُندٞ مُّحۡضَرُونَ﴿٧٥

75(O ilahlar) onlara heç bir kömək edə bilməzlər. Halbuki özləri onlar üçün (onları qorumağa) hazır durmuş əsgərlərdir.

فَلَا يَحۡزُنكَ قَوۡلُهُمۡۘ إِنَّا نَعۡلَمُ مَا يُسِرُّونَ وَمَا يُعۡلِنُونَ﴿٧٦

76Onların sözü (bütlər bizim ilahlarımızdır yaxud sən peyğəmbər deyilsən) səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların gizli saxladıqlarını və aşkar etdiklərini bilirik.

أَوَلَمۡ يَرَ ٱلۡإِنسَٰنُ أَنَّا خَلَقۡنَٰهُ مِن نُّطۡفَةٖ فَإِذَا هُوَ خَصِيمٞ مُّبِينٞ﴿٧٧

77Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir.

وَضَرَبَ لَنَا مَثَلٗا وَنَسِيَ خَلۡقَهُۥۖ قَالَ مَن يُحۡيِ ٱلۡعِظَٰمَ وَهِيَ رَمِيمٞ﴿٧٨

78O Bizə bir məsəl çəkdi, lakin öz yaradılışını unutdu. O: “Çürümüş sümükləri kim dirildə bilər?”– dedi.

قُلۡ يُحۡيِيهَا ٱلَّذِيٓ أَنشَأَهَآ أَوَّلَ مَرَّةٖۖ وَهُوَ بِكُلِّ خَلۡقٍ عَلِيمٌ﴿٧٩

79De: “Onları ilk dəfə yaradan (Allah) dirildəcəkdir. O, hər bir məxluqu yaxşı tanıyandır.

ٱلَّذِي جَعَلَ لَكُم مِّنَ ٱلشَّجَرِ ٱلۡأَخۡضَرِ نَارٗا فَإِذَآ أَنتُم مِّنۡهُ تُوقِدُونَ﴿٨٠

80O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”.

أَوَلَيۡسَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يَخۡلُقَ مِثۡلَهُمۚ بَلَىٰ وَهُوَ ٱلۡخَلَّٰقُ ٱلۡعَلِيمُ﴿٨١

81Göyləri və yeri xəlq edən Allah onlar kimisini xəlq etməyə qadir deyilmi?! Əlbəttə ki, (hər şeyi) xəlq edən və (hər şeyi) bilən Odur.

إِنَّمَآ أَمۡرُهُۥٓ إِذَآ أَرَادَ شَيۡـًٔا أَن يَقُولَ لَهُۥ كُن فَيَكُونُ﴿٨٢

82O, bir şeyi (yaratmaq) istədikdə ona: “Ol!” deyər, o da olar.

فَسُبۡحَٰنَ ٱلَّذِي بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَيۡءٖ وَإِلَيۡهِ تُرۡجَعُونَ﴿٨٣

83Əlində hər şeyin hökmü olan (Allah) pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız.

RELATED SURAHS