As-Saffat

الصافات

Those Ranged in Ranks182 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

وَٱلصَّٰٓفَّٰتِ صَفّٗا﴿١

1And olsun (ibadət üçün) səf-səf duranlara (mələklərə),

فَٱلزَّٰجِرَٰتِ زَجۡرٗا﴿٢

2(buludları) qətiyyətlə qovanlara

فَٱلتَّٰلِيَٰتِ ذِكۡرًا﴿٣

3və Zikri oxuyanlara!

إِنَّ إِلَٰهَكُمۡ لَوَٰحِدٞ﴿٤

4Həqiqətən, sizin ilahınız təkdir!

رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَرَبُّ ٱلۡمَشَٰرِقِ﴿٥

5O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir.

إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِزِينَةٍ ٱلۡكَوَاكِبِ﴿٦

6Biz dünya səmasını ulduzlarla bəzədik

وَحِفۡظٗا مِّن كُلِّ شَيۡطَٰنٖ مَّارِدٖ﴿٧

7və (onu) hər bir asi şeytandan mühafizə etdik.

لَّا يَسَّمَّعُونَ إِلَى ٱلۡمَلَإِ ٱلۡأَعۡلَىٰ وَيُقۡذَفُونَ مِن كُلِّ جَانِبٖ﴿٨

8Onlar ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə (yandırıb yaxan alovlar) yağdırılar

دُحُورٗاۖ وَلَهُمۡ عَذَابٞ وَاصِبٌ﴿٩

9(və oradan) qovularlar. Onlar üçün daimi bir əzab vardır.

إِلَّا مَنۡ خَطِفَ ٱلۡخَطۡفَةَ فَأَتۡبَعَهُۥ شِهَابٞ ثَاقِبٞ﴿١٠

10Lakin (şeytanlardan) hər kim (mələklərin söhbətlərindən bir söz) qapıb qaçarsa, onu yandırıb-yaxan alov təqib edər.

فَٱسۡتَفۡتِهِمۡ أَهُمۡ أَشَدُّ خَلۡقًا أَم مَّنۡ خَلَقۡنَآۚ إِنَّا خَلَقۡنَٰهُم مِّن طِينٖ لَّازِبِۭ﴿١١

11Onlardan (öldükdən sonra yenidə dirilməyi inkar edən kafirlərdən) soruş: Onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? Biz onları yapışqan bir palçıqdan yaratdıq.

بَلۡ عَجِبۡتَ وَيَسۡخَرُونَ﴿١٢

12Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar.

وَإِذَا ذُكِّرُواْ لَا يَذۡكُرُونَ﴿١٣

13Onlara xatırlatdıqda düşünüb ibrət almazlar.

وَإِذَا رَأَوۡاْ ءَايَةٗ يَسۡتَسۡخِرُونَ﴿١٤

14Bir ayə gördükdə isə ona istehza edərlər

وَقَالُوٓاْ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٌ﴿١٥

15və deyirlər: “Bu ancaq açıq-aydın bir sehrdir.

أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ﴿١٦

16Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyikmi?!

أَوَءَابَآؤُنَا ٱلۡأَوَّلُونَ﴿١٧

17Həmçinin, (bizdən) əvvəlki atalarımız da (dirildiləcəklərmi)?!”

قُلۡ نَعَمۡ وَأَنتُمۡ دَٰخِرُونَ﴿١٨

18De: “Bəli, özü də, zəlil olduğunuz halda (dirildiləcəksiniz)”.

فَإِنَّمَا هِيَ زَجۡرَةٞ وَٰحِدَةٞ فَإِذَا هُمۡ يَنظُرُونَ﴿١٩

19Bu, təkcə dəhşətli bir səs olacaq. Onlar dərhal (dirilib düçar olduqları müsibətə) baxacaqlar.

وَقَالُواْ يَٰوَيۡلَنَا هَٰذَا يَوۡمُ ٱلدِّينِ﴿٢٠

20(Günahkarlar) deyəcəklər: “Vay halımıza! Bu, Din günüdür!”

هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِ ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ﴿٢١

21(Onlara deyiləcək:) “Bu, yalan saydığınız hökm günüdür!”

۞ ٱحۡشُرُواْ ٱلَّذِينَ ظَلَمُواْ وَأَزۡوَٰجَهُمۡ وَمَا كَانُواْ يَعۡبُدُونَ﴿٢٢

22(Mələklərə belə əmr olunacaq:) “Zalımları, onların həmtaylarını və ibadət etdiklərini bir yerə toplayın –

مِن دُونِ ٱللَّهِ فَٱهۡدُوهُمۡ إِلَىٰ صِرَٰطِ ٱلۡجَحِيمِ﴿٢٣

23Allahdan başqa. Onları Cəhənnəm yoluna yönəldin.

وَقِفُوهُمۡۖ إِنَّهُم مَّسۡـُٔولُونَ﴿٢٤

24Onları (Cəhənnəmə daxil etməzdən əvvəl) tutub saxlayın, çünki onlar sorğu-sual olunacaqlar”.

مَا لَكُمۡ لَا تَنَاصَرُونَ﴿٢٥

25(Günahkarlara deyiləcək:) “Sizə nə olub ki, (dünyada olduğu kimi) bir-birinizə kömək etmirsiniz?”

بَلۡ هُمُ ٱلۡيَوۡمَ مُسۡتَسۡلِمُونَ﴿٢٦

26Xeyr, onlar bu gün təslim olmuşlar!

وَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ﴿٢٧

27Onlar bir-birinə üz tutub soruşacaqlar.

قَالُوٓاْ إِنَّكُمۡ كُنتُمۡ تَأۡتُونَنَا عَنِ ٱلۡيَمِينِ﴿٢٨

28(Tabe olanlar öz başçılarına) deyəcəklər: “Siz bizim yanımıza (şirki və küfürü bizə gözəl göstərib, haqqdan çəkindirərək) sağ tərəfdən gəlirdiniz”.

قَالُواْ بَل لَّمۡ تَكُونُواْ مُؤۡمِنِينَ﴿٢٩

29(Başçılar) deyəcəklər: “Xeyr! Siz inanan kimsələr deyildiniz.

وَمَا كَانَ لَنَا عَلَيۡكُم مِّن سُلۡطَٰنِۭۖ بَلۡ كُنتُمۡ قَوۡمٗا طَٰغِينَ﴿٣٠

30Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz (günahlar etməklə) həddi aşmış bir qövm idiniz.

فَحَقَّ عَلَيۡنَا قَوۡلُ رَبِّنَآۖ إِنَّا لَذَآئِقُونَ﴿٣١

31Rəbbimizin (Mən Cəhənnəmi mütləq bütün (günahkar) cin və insanlarla dolduracağam!) sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz (əzabı) mütləq dadacağıq.

فَأَغۡوَيۡنَٰكُمۡ إِنَّا كُنَّا غَٰوِينَ﴿٣٢

32Biz sizi azdırdıq. Çünki biz özümüz də azmışdıq”.

فَإِنَّهُمۡ يَوۡمَئِذٖ فِي ٱلۡعَذَابِ مُشۡتَرِكُونَ﴿٣٣

33O gün onlar (tabe olanlar və başçılar) əzabda şərik olacaqlar.

إِنَّا كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ﴿٣٤

34Biz günahkarlarla belə edərik.

إِنَّهُمۡ كَانُوٓاْ إِذَا قِيلَ لَهُمۡ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ يَسۡتَكۡبِرُونَ﴿٣٥

35Çünki onlara: “Allahdan başqa (ibadətə layiq olan) ilah yoxdur!”– deyildikdə təkəbbür göstərir

وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓاْ ءَالِهَتِنَا لِشَاعِرٖ مَّجۡنُونِۭ﴿٣٦

36və: “Məgər bir dəli şairə görə ilahlarımızı tərkmi edəcəyik?!”– deyirdilər.

بَلۡ جَآءَ بِٱلۡحَقِّ وَصَدَّقَ ٱلۡمُرۡسَلِينَ﴿٣٧

37Xeyr! O, haqla (Quranla) gəldi və (əvvəlki) peyğəmbərləri təsdiqlədi.

إِنَّكُمۡ لَذَآئِقُواْ ٱلۡعَذَابِ ٱلۡأَلِيمِ﴿٣٨

38Siz (ey müşriklər) mütləq ağrılı-acılı əzabı dadacaqsınız.

وَمَا تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ﴿٣٩

39Siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılacaqsınız.

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ﴿٤٠

40Yalnız Allahın ixlaslı qulları (bundan) müstəsnadır.

أُوْلَٰٓئِكَ لَهُمۡ رِزۡقٞ مَّعۡلُومٞ﴿٤١

41Onlar üçün məlum bir ruzi vardır –

فَوَٰكِهُ وَهُم مُّكۡرَمُونَ﴿٤٢

42(Cənnət) meyvələri. Onlara ehtiram göstəriləcək –

فِي جَنَّٰتِ ٱلنَّعِيمِ﴿٤٣

43Nəim cənnətlərində.

عَلَىٰ سُرُرٖ مُّتَقَٰبِلِينَ﴿٤٤

44(Onlar) taxtlar üstündə bir-biri ilə üzbəüz (oturacaqlar).

يُطَافُ عَلَيۡهِم بِكَأۡسٖ مِّن مَّعِينِۭ﴿٤٥

45Onların ətrafında çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaq.

بَيۡضَآءَ لَذَّةٖ لِّلشَّٰرِبِينَ﴿٤٦

46Ağappaq, içənlərə ləzzət verən (bir şərab).

لَا فِيهَا غَوۡلٞ وَلَا هُمۡ عَنۡهَا يُنزَفُونَ﴿٤٧

47O (şərab) nə baş ağrısı verər, nə də onlar ondan sərxoş olarlar.

وَعِندَهُمۡ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ عِينٞ﴿٤٨

48Onların yanında baxışları (öz ərlərinə) dikilmiş iri qara gözlü hurilər olacaqdır.

كَأَنَّهُنَّ بَيۡضٞ مَّكۡنُونٞ﴿٤٩

49Sanki onlar qorunub saxlanılmış yumurtadırlar.

فَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ﴿٥٠

50Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar.

قَالَ قَآئِلٞ مِّنۡهُمۡ إِنِّي كَانَ لِي قَرِينٞ﴿٥١

51Onlardan biri deyəcək: “Mənim (öldükdən sonra yenidən dirilməyi inkar edən) bir yoldaşım var idi.

يَقُولُ أَءِنَّكَ لَمِنَ ٱلۡمُصَدِّقِينَ﴿٥٢

52O deyirdi: “Sən də inananlardansan?

أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَدِينُونَ﴿٥٣

53Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?!”

قَالَ هَلۡ أَنتُم مُّطَّلِعُونَ﴿٥٤

54O (sözünə davam edib) deyəcək: “Siz (onun harada olduğunu görmək) istəyirsinizmi?”

فَٱطَّلَعَ فَرَءَاهُ فِي سَوَآءِ ٱلۡجَحِيمِ﴿٥٥

55O boylanıb (yoldaşını) Cəhənnəmin ortasında görəcək

قَالَ تَٱللَّهِ إِن كِدتَّ لَتُرۡدِينِ﴿٥٦

56və deyəcək: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin.

وَلَوۡلَا نِعۡمَةُ رَبِّي لَكُنتُ مِنَ ٱلۡمُحۡضَرِينَ﴿٥٧

57Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım.

أَفَمَا نَحۡنُ بِمَيِّتِينَ﴿٥٨

58Doğrudanmı biz bir daha ölməyəcəyik?

إِلَّا مَوۡتَتَنَا ٱلۡأُولَىٰ وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ﴿٥٩

59Yalnız ilk ölümümüzdən başqa. Biz əzaba da düçar olmayacağıq”.

إِنَّ هَٰذَا لَهُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ﴿٦٠

60Həqiqətən, bu, böyük qurtuluşdur.

لِمِثۡلِ هَٰذَا فَلۡيَعۡمَلِ ٱلۡعَٰمِلُونَ﴿٦١

61Qoy çalışanlar bunun üçün çalışsınlar!

أَذَٰلِكَ خَيۡرٞ نُّزُلًا أَمۡ شَجَرَةُ ٱلزَّقُّومِ﴿٦٢

62Ziyafət olaraq bu yaxşıdır, yoxsa zəqqum ağacı?!

إِنَّا جَعَلۡنَٰهَا فِتۡنَةٗ لِّلظَّٰلِمِينَ﴿٦٣

63Biz onu (zəqqum ağacını) zalımlar (Cəhənnəm atəşində hər hansı bir ağacın bitməsi qeymi mümkündür deyən kafirlər) üçün bir fitnə etdik.

إِنَّهَا شَجَرَةٞ تَخۡرُجُ فِيٓ أَصۡلِ ٱلۡجَحِيمِ﴿٦٤

64O, Cəhənnəmin dibindən çıxan bir ağacdır.

طَلۡعُهَا كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّيَٰطِينِ﴿٦٥

65Onun meyvəsi sanki şeytanların başları kimidir.

فَإِنَّهُمۡ لَأٓكِلُونَ مِنۡهَا فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ﴿٦٦

66(Günahkarlar) ondan yeyib qarınlarını dolduracaqlar.

ثُمَّ إِنَّ لَهُمۡ عَلَيۡهَا لَشَوۡبٗا مِّنۡ حَمِيمٖ﴿٦٧

67Sonra da onlar üçün bunun üstündən qaynar su ilə qatışdırılmış bir içki vardır.

ثُمَّ إِنَّ مَرۡجِعَهُمۡ لَإِلَى ٱلۡجَحِيمِ﴿٦٨

68Sonra onların qayıdacağı yer, əlbəttə ki, Cəhənnəmdir.

إِنَّهُمۡ أَلۡفَوۡاْ ءَابَآءَهُمۡ ضَآلِّينَ﴿٦٩

69Çünki onlar ata-babalarını azmış gördülər,

فَهُمۡ عَلَىٰٓ ءَاثَٰرِهِمۡ يُهۡرَعُونَ﴿٧٠

70özləri də tələm-tələsik onların izini tutub getdilər.

وَلَقَدۡ ضَلَّ قَبۡلَهُمۡ أَكۡثَرُ ٱلۡأَوَّلِينَ﴿٧١

71Artıq onlardan öncə əvvəlkilərin çoxu zəlalətə düşmüşdü.

وَلَقَدۡ أَرۡسَلۡنَا فِيهِم مُّنذِرِينَ﴿٧٢

72Biz onlara xəbərdar edən (peyğəmbərlər) göndərmişdik.

فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُنذَرِينَ﴿٧٣

73Bax gör xəbərdar edilənlərin aqibəti necə oldu.

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ﴿٧٤

74Yalnız Allahın ixlaslı qullarından başqa.

وَلَقَدۡ نَادَىٰنَا نُوحٞ فَلَنِعۡمَ ٱلۡمُجِيبُونَ﴿٧٥

75Nuh Bizi (dua edib) çağırdı. Biz çağırışa necə də gözəl cavab verənik!

وَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥ مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ﴿٧٦

76Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq.

وَجَعَلۡنَا ذُرِّيَّتَهُۥ هُمُ ٱلۡبَاقِينَ﴿٧٧

77Təkcə onun nəslini (yer üzündə) qalanlar etdik.

وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ﴿٧٨

78Sonra gələnlər arasında onun üçün (gözəl xatirə) qoyduq;

سَلَٰمٌ عَلَىٰ نُوحٖ فِي ٱلۡعَٰلَمِينَ﴿٧٩

79aləmlər içərisində Nuha salam olsun!

إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ﴿٨٠

80Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ﴿٨١

81O, Bizim mömin qullarımızdan idi.

ثُمَّ أَغۡرَقۡنَا ٱلۡأٓخَرِينَ﴿٨٢

82Sonra o birilərini suya qərq etdik.

۞ وَإِنَّ مِن شِيعَتِهِۦ لَإِبۡرَٰهِيمَ﴿٨٣

83Həqiqətən, İbrahim onun ardıcıllarından idi.

إِذۡ جَآءَ رَبَّهُۥ بِقَلۡبٖ سَلِيمٍ﴿٨٤

84Bir zaman o, öz Rəbbinin hüzuruna pak bir qəlblə gəlmişdi.

إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَاذَا تَعۡبُدُونَ﴿٨٥

85O zaman o, atasına və qövmünə demişdi: “Siz nəyə ibadət edirsiniz?

أَئِفۡكًا ءَالِهَةٗ دُونَ ٱللَّهِ تُرِيدُونَ﴿٨٦

86Allahı qoyub uydurma ilahlarımı istəyirsiniz?

فَمَا ظَنُّكُم بِرَبِّ ٱلۡعَٰلَمِينَ﴿٨٧

87Aləmlərin Rəbbi barəsində zənniniz nədir?”

فَنَظَرَ نَظۡرَةٗ فِي ٱلنُّجُومِ﴿٨٨

88O, ulduzlara bir nəzər saldı

فَقَالَ إِنِّي سَقِيمٞ﴿٨٩

89“Mən xəstəyəm!”– dedi.

فَتَوَلَّوۡاْ عَنۡهُ مُدۡبِرِينَ﴿٩٠

90Onlar ondan (İbrahimdən) üz çevirib getdilər.

فَرَاغَ إِلَىٰٓ ءَالِهَتِهِمۡ فَقَالَ أَلَا تَأۡكُلُونَ﴿٩١

91O, xəlvətcə onların ilahlarının yanına gəlib (istehza ilə) dedi: “Siz (bu təamları) yemirsiniz?!

مَا لَكُمۡ لَا تَنطِقُونَ﴿٩٢

92Sizə nə olub ki, danışmırsınız?!”

فَرَاغَ عَلَيۡهِمۡ ضَرۡبَۢا بِٱلۡيَمِينِ﴿٩٣

93Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi.

فَأَقۡبَلُوٓاْ إِلَيۡهِ يَزِفُّونَ﴿٩٤

94(Qövmü) tələm-tələsik onun yanına gəldi.

قَالَ أَتَعۡبُدُونَ مَا تَنۡحِتُونَ﴿٩٥

95O dedi: “Siz (öz əllərinizlə) yonub düzəltdiklərinizəmi ibadət edirsiniz?

وَٱللَّهُ خَلَقَكُمۡ وَمَا تَعۡمَلُونَ﴿٩٦

96Halbuki sizi də, sizin etdiklərinizi (öz əllərinizlə düzəltdiklərinizi) də Allah yaratmışdır”.

قَالُواْ ٱبۡنُواْ لَهُۥ بُنۡيَٰنٗا فَأَلۡقُوهُ فِي ٱلۡجَحِيمِ﴿٩٧

97Onlar: “Bunun (İbrahim) üçün bir bina tikin və onu oda atın!”– dedilər.

فَأَرَادُواْ بِهِۦ كَيۡدٗا فَجَعَلۡنَٰهُمُ ٱلۡأَسۡفَلِينَ﴿٩٨

98Beləcə ona (İbrahimə) hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik.

وَقَالَ إِنِّي ذَاهِبٌ إِلَىٰ رَبِّي سَيَهۡدِينِ﴿٩٩

99O dedi: “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcəkdir”.

رَبِّ هَبۡ لِي مِنَ ٱلصَّٰلِحِينَ﴿١٠٠

100O (dedi:) “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan (bir övlad) bəxş et!”

فَبَشَّرۡنَٰهُ بِغُلَٰمٍ حَلِيمٖ﴿١٠١

101Biz də onu həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdələdik.

فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعۡيَ قَالَ يَٰبُنَيَّ إِنِّيٓ أَرَىٰ فِي ٱلۡمَنَامِ أَنِّيٓ أَذۡبَحُكَ فَٱنظُرۡ مَاذَا تَرَىٰۚ قَالَ يَٰٓأَبَتِ ٱفۡعَلۡ مَا تُؤۡمَرُۖ سَتَجِدُنِيٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّٰبِرِينَ﴿١٠٢

102O, böyüyüb (atası ilə) bərabər çalışmaq həddinə çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda səni qurban kəsdiyimi gördüm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. İnşallah mənim səbirlilərdən olduğumu görəcəksən”.

فَلَمَّآ أَسۡلَمَا وَتَلَّهُۥ لِلۡجَبِينِ﴿١٠٣

103Hər ikisi (Allahın əmrinə) tabe olduqları və (İbrahim) onu üzüstə yerə yıxdığı zaman

وَنَٰدَيۡنَٰهُ أَن يَٰٓإِبۡرَٰهِيمُ﴿١٠٤

104Biz onu çağırıb dedik: “Ey İbrahim!

قَدۡ صَدَّقۡتَ ٱلرُّءۡيَآۚ إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ﴿١٠٥

105Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

إِنَّ هَٰذَا لَهُوَ ٱلۡبَلَٰٓؤُاْ ٱلۡمُبِينُ﴿١٠٦

106Həqiqətən də, bu, açıq-aydın bir imtahandır.

وَفَدَيۡنَٰهُ بِذِبۡحٍ عَظِيمٖ﴿١٠٧

107Biz onun (İsmailin) əvəzinə (İbrahimə) böyük bir qurbanlığı fidyə verdik.

وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ﴿١٠٨

108Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq.

سَلَٰمٌ عَلَىٰٓ إِبۡرَٰهِيمَ﴿١٠٩

109İbrahimə salam olsun!

كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ﴿١١٠

110Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ﴿١١١

111O, Bizim mömin qullarımızdan idi.

وَبَشَّرۡنَٰهُ بِإِسۡحَٰقَ نَبِيّٗا مِّنَ ٱلصَّٰلِحِينَ﴿١١٢

112Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik.

وَبَٰرَكۡنَا عَلَيۡهِ وَعَلَىٰٓ إِسۡحَٰقَۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحۡسِنٞ وَظَالِمٞ لِّنَفۡسِهِۦ مُبِينٞ﴿١١٣

113Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də.

وَلَقَدۡ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ﴿١١٤

114Biz Musa ilə Haruna da nemət (peyğəmbərlik) bəxş etdik.

وَنَجَّيۡنَٰهُمَا وَقَوۡمَهُمَا مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ﴿١١٥

115Onların hər ikisini və qövmlərini böyük sıxıntıdan qurtardıq.

وَنَصَرۡنَٰهُمۡ فَكَانُواْ هُمُ ٱلۡغَٰلِبِينَ﴿١١٦

116Onlara kömək etdik, onlar qalib oldular.

وَءَاتَيۡنَٰهُمَا ٱلۡكِتَٰبَ ٱلۡمُسۡتَبِينَ﴿١١٧

117Onların ikisinə də aydın bir Kitab (Tövrat) verdik.

وَهَدَيۡنَٰهُمَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ﴿١١٨

118Hər ikisini də doğru yola yönəltdik.

وَتَرَكۡنَا عَلَيۡهِمَا فِي ٱلۡأٓخِرِينَ﴿١١٩

119Sonradan gələnlər arasında hər ikisinə (gözəl xatirə) qoyduq.

سَلَٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ﴿١٢٠

120Musaya və Haruna salam olsun!

إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ﴿١٢١

121Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

إِنَّهُمَا مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ﴿١٢٢

122Onların ikisi Bizim mömin qullarımızdan idi.

وَإِنَّ إِلۡيَاسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ﴿١٢٣

123Şübhəsiz ki, İlyas da elçilərdəndir.

إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَلَا تَتَّقُونَ﴿١٢٤

124Bir zaman o öz qövmünə demişdi: “Məgər qorxmursunuz?

أَتَدۡعُونَ بَعۡلٗا وَتَذَرُونَ أَحۡسَنَ ٱلۡخَٰلِقِينَ﴿١٢٥

125Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ (Bəl adlı bütə) dua edirsiniz”.

ٱللَّهَ رَبَّكُمۡ وَرَبَّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ﴿١٢٦

126Allah sizin də Rəbbinizdir və sizdən əvvəlki atalarınızın da Rəbbidir.

فَكَذَّبُوهُ فَإِنَّهُمۡ لَمُحۡضَرُونَ﴿١٢٧

127Onlar onu yalançı saydılar. Ona görə də hamısı (Cəhənnəmə) gətiriləcəkdir.

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ﴿١٢٨

128Yalnız Allahın ixlaslı qullarından başqa.

وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ﴿١٢٩

129Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq.

سَلَٰمٌ عَلَىٰٓ إِلۡ يَاسِينَ﴿١٣٠

130İlyasinə salam olsun!

إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ﴿١٣١

131Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ﴿١٣٢

132O Bizim mömin qullarımızdan idi.

وَإِنَّ لُوطٗا لَّمِنَ ٱلۡمُرۡسَلِينَ﴿١٣٣

133Şübhəsiz ki, Lut da elçilərdəndir.

إِذۡ نَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥٓ أَجۡمَعِينَ﴿١٣٤

134Bir zaman Biz onu və onun bütün ailəsini xilas etdik.

إِلَّا عَجُوزٗا فِي ٱلۡغَٰبِرِينَ﴿١٣٥

135Yalnız geridə qalanların içində olan yaşlı bir qadından başqa.

ثُمَّ دَمَّرۡنَا ٱلۡأٓخَرِينَ﴿١٣٦

136Sonra da o birilərini məhv etdik.

وَإِنَّكُمۡ لَتَمُرُّونَ عَلَيۡهِم مُّصۡبِحِينَ﴿١٣٧

137Siz (həm) səhər çağı onların yurdundan keçirsiniz,

وَبِٱلَّيۡلِۚ أَفَلَا تَعۡقِلُونَ﴿١٣٨

138(həm də) axşam çağı. Məgər anlamırsınız?

وَإِنَّ يُونُسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ﴿١٣٩

139Şübhəsiz ki, Yunus da elçilərdəndir

إِذۡ أَبَقَ إِلَى ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ﴿١٤٠

140Bir zaman o, yüklü bir gəmiyə qaçmışdı.

فَسَاهَمَ فَكَانَ مِنَ ٱلۡمُدۡحَضِينَ﴿١٤١

141Püşk atmış və uduzanlardan olmuşdu.

فَٱلۡتَقَمَهُ ٱلۡحُوتُ وَهُوَ مُلِيمٞ﴿١٤٢

142O, qınanmış bir halda (dənizə atılarkən) balıq onu uddu.

فَلَوۡلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلۡمُسَبِّحِينَ﴿١٤٣

143Əgər o, Allaha təsbih edənlərdən olmasaydı,

لَلَبِثَ فِي بَطۡنِهِۦٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ﴿١٤٤

144balığın qarnında Qiyamət gününə qədər qalardı.

۞ فَنَبَذۡنَٰهُ بِٱلۡعَرَآءِ وَهُوَ سَقِيمٞ﴿١٤٥

145O xəstə olduğu bir halda Biz onu (ağac və bitki olmayan) boş bir yerə çıxartdıq.

وَأَنۢبَتۡنَا عَلَيۡهِ شَجَرَةٗ مِّن يَقۡطِينٖ﴿١٤٦

146Və üstünə (kölgə salmaq üçün) qabaq növündən (iriyarpaqlı) bir ağac bitirdik.

وَأَرۡسَلۡنَٰهُ إِلَىٰ مِاْئَةِ أَلۡفٍ أَوۡ يَزِيدُونَ﴿١٤٧

147Biz onu yüz min nəfərə yaxud daha çox kimsəyə (peyğəmbər) göndərdik.

فَـَٔامَنُواْ فَمَتَّعۡنَٰهُمۡ إِلَىٰ حِينٖ﴿١٤٨

148Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək (ömürlərinin sonuna qədər) firavanlıq nəsib etdik.

فَٱسۡتَفۡتِهِمۡ أَلِرَبِّكَ ٱلۡبَنَاتُ وَلَهُمُ ٱلۡبَنُونَ﴿١٤٩

149(Ey Muhamməd) Onlardan (Kafirlərdən) soruş: “Qızlar Rəbbin üçün, oğlanlar isə onlar üçündür?!”

أَمۡ خَلَقۡنَا ٱلۡمَلَٰٓئِكَةَ إِنَٰثٗا وَهُمۡ شَٰهِدُونَ﴿١٥٠

150Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da buna şahid olublar?!

أَلَآ إِنَّهُم مِّنۡ إِفۡكِهِمۡ لَيَقُولُونَ﴿١٥١

151Agah olun ki, onlar öz yalanlarına görə belə deyəcəklər:

وَلَدَ ٱللَّهُ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ﴿١٥٢

152“Allah doğmuşdur”. Şübhəsiz ki, onlar yalançıdırlar.

أَصۡطَفَى ٱلۡبَنَاتِ عَلَى ٱلۡبَنِينَ﴿١٥٣

153Məgər (Allah) qızları oğlanlardan üstünmü tutmuşdur?!

مَا لَكُمۡ كَيۡفَ تَحۡكُمُونَ﴿١٥٤

154Sizə nə olub, necə hökm verirsiniz?!

أَفَلَا تَذَكَّرُونَ﴿١٥٥

155Məgər düşünmürsünüz?!

أَمۡ لَكُمۡ سُلۡطَٰنٞ مُّبِينٞ﴿١٥٦

156Yoxsa sizin aydın bir dəliliniz var?!

فَأۡتُواْ بِكِتَٰبِكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ﴿١٥٧

157Əgər doğru deyirsinizsə, kitabınızı gətirin!

وَجَعَلُواْ بَيۡنَهُۥ وَبَيۡنَ ٱلۡجِنَّةِ نَسَبٗاۚ وَلَقَدۡ عَلِمَتِ ٱلۡجِنَّةُ إِنَّهُمۡ لَمُحۡضَرُونَ﴿١٥٨

158Onlar (Müşriklər) Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların məhşərə gətiriləcəyini bilirlər.

سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ﴿١٥٩

159Allah onların (müşriklərin Allahı) vəsf etdikləri sifətlərdən uzaqdır.

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ﴿١٦٠

160Yalnız Allahın ixlaslı qullarından başqa.

فَإِنَّكُمۡ وَمَا تَعۡبُدُونَ﴿١٦١

161(Ey müşriklər!) Nə siz, nə də sizin ibadət etdikləriniz

مَآ أَنتُمۡ عَلَيۡهِ بِفَٰتِنِينَ﴿١٦٢

162heç kəsi (Allaha qarşı) yoldan çıxara bilməzsiniz.

إِلَّا مَنۡ هُوَ صَالِ ٱلۡجَحِيمِ﴿١٦٣

163Ancaq Cəhənnəmə girəcək kimsədən başqa.

وَمَا مِنَّآ إِلَّا لَهُۥ مَقَامٞ مَّعۡلُومٞ﴿١٦٤

164(Mələklər dedi:) “Bizlərdən hər kəsin müəyyən bir yeri vardır.

وَإِنَّا لَنَحۡنُ ٱلصَّآفُّونَ﴿١٦٥

165Həqiqətən, biz səf-səf dururuq.

وَإِنَّا لَنَحۡنُ ٱلۡمُسَبِّحُونَ﴿١٦٦

166Həqiqətən, biz (Allahın şəninə) təriflər deyirik”.

وَإِن كَانُواْ لَيَقُولُونَ﴿١٦٧

167(Halbuki müşriklər) deyirdilər:

لَوۡ أَنَّ عِندَنَا ذِكۡرٗا مِّنَ ٱلۡأَوَّلِينَ﴿١٦٨

168“Əgər bizdə də əvvəlkilərdə olan zikrdən (o kitabdan) olsaydı,

لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ﴿١٦٩

169biz mütləq Allahın ixlaslı qulları olardıq”.

فَكَفَرُواْ بِهِۦۖ فَسَوۡفَ يَعۡلَمُونَ﴿١٧٠

170Lakin onlar onu (Quranı) inkar etdilər. Onlar tezliklə biləcəklər.

وَلَقَدۡ سَبَقَتۡ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلۡمُرۡسَلِينَ﴿١٧١

171Elçi göndərdiyimiz qullarımız haqqında (bu) Sözümüz əzəldən deyilmişdi:

إِنَّهُمۡ لَهُمُ ٱلۡمَنصُورُونَ﴿١٧٢

172“Onlara yardım ediləcəkdir.

وَإِنَّ جُندَنَا لَهُمُ ٱلۡغَٰلِبُونَ﴿١٧٣

173Ordumuz mütləq qalib gələcəkdir”.

فَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِينٖ﴿١٧٤

174(Ey Peyğəmbər!) Bir müddət onlardan üz çevir!

وَأَبۡصِرۡهُمۡ فَسَوۡفَ يُبۡصِرُونَ﴿١٧٥

175Onlara bax! Onlar tezliklə (əzabı) görəcəklər.

أَفَبِعَذَابِنَا يَسۡتَعۡجِلُونَ﴿١٧٦

176Yoxsa onlar əzabımızamı tələsirlər?

فَإِذَا نَزَلَ بِسَاحَتِهِمۡ فَسَآءَ صَبَاحُ ٱلۡمُنذَرِينَ﴿١٧٧

177Əzab onların yurdlarına yetişdiyi zaman qorxudulanların sabahı necə də pis olacaqdır!

وَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِينٖ﴿١٧٨

178(Ey Peyğəmbər!) Bir müddət onlardan üz çevir!

وَأَبۡصِرۡ فَسَوۡفَ يُبۡصِرُونَ﴿١٧٩

179Onlara bax! Onlar tezliklə (əzabı) görəcəklər.

سُبۡحَٰنَ رَبِّكَ رَبِّ ٱلۡعِزَّةِ عَمَّا يَصِفُونَ﴿١٨٠

180Sənin pak və müqəddəs Rəbbin - qüdrət sahibi olan Rəbbin müşriklərin Onu vəsf etdikləri sifətlərdən uzaqdır.

وَسَلَٰمٌ عَلَى ٱلۡمُرۡسَلِينَ﴿١٨١

181Elçilərə salam olsun!

وَٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ﴿١٨٢

182Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur!

RELATED SURAHS