الفاتحة
The Opening • 7 ayahs • Meccan
1Mərhəmətli və Rəhmli Allahın adı ilə!
2Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur –
3Mərhəmətli və Rəhmli olana,
4Din gününün Sahibinə!
5Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
6Bizi doğru yola yönəlt!
7Nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) yox!