الطارق
The Night Comer • 17 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1And olsun səmaya və Tariqə!
2(Ey Peyğəmbər!) Sən nə bilirsən ki, Tariq nədir?
3(O, qaranlıqları) dəlib keçən parlaq ulduzdur.
4Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi (mələk) olmasın!
5Qoy insan nədən yaradıldığına bir baxsın!
6O, atılan sudan (nütfədən) yaradılmışdır.
7O (su) bel və sinə sümükləri arasından çıxır.
8Şübhəsiz ki, Allahın onu (öldükən sonra) yenidən diriltməyə qadirdir.
9O gün (qəlblərdə olan) sirlər aşkar olunacaqdır.
10(O gün) onun (insanın) nə bir qüvvəsi, nə də bir köməkçisi olar.
11And olsun yağış sahibi olan göyə!
12And olsun (növbənöv bitkilərlə) yarılan yerə!
13Həqiqətən, bu (Quran, haqqı batildən) ayıran bir sözdür.
14O, əyləncə (boş söz) deyil.
15Onlar (kafirlər) hiylə qururlar.
16Mən də hiylə qururam.
17(Ey Peyğəmbər!) Kafirlərə möhlət ver! Onlara bir az da möhlət ver.