البروج
The Great Stars • 22 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1And olsun bürclər sahibi olan göyə!
2And olsun vədə verilmiş günə (Qiyamət gününə)!
3And olsun şahidlik edənə və şahidlik edilənə!
4Məhv olsun xəndək sahibləri!
5Odunla alovlandırılmış (xəndəklər).
6O zaman onlar xəndəklərin ətrafında oturub,
7möminlərə etdiklərinə seyr edirdilər.
8(Kafirlər) onlardan yalnız Qüdrətli, Tərifəlayiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
9Göylərin və yerin mülkü Ona məxsusdur. Allah hər şeyə Şahiddir.
10Şübhəsiz ki, mömin kişilərə və mömin qadınlara işkəncə verib sonra da tövbə etməyənlərə Cəhənnəm əzabı və onları yandırıb-yaxan od əzabı vardır.
11İman gətirib saleh əməllər edənlər üçün (ağacları və qəsrləri) altından çaylar axan cənnətlər vardır. Bu, böyük uğurdur.
12(Ey Peyğəmbər!) Doğrudan da, Rəbbinin (günahkarları) yaxalaması çox şiddətlidir!
13Həqiqətən, (hər şeyi) ilk olaraq yaradan və (öldükdən sonra onu) yenidən dirildən Odur.
14Çox bağışlayan da, çox Sevən də Odur!
15Ərşin sahibidir, Şan-şöhrəti uca olandır!
16İstədiyini edəndir.
17(Ey Peyğəmbər!) Qoşunların xəbəri sənə gəlib çatdımı?
18Firon və Səmud (qoşunlarının).
19Xeyr, küfr edənlər (haqqı) yalan saymaqdadırlar.
20Allah onları arxadan əhatə etmişdir.
21Xeyr, o şanlı Qurandır.
22O, lövhi-məhfuzdadır.