Al-Inshiqaq

الانشقاق

The Splitting Open25 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتۡ﴿١

1Göy yarılacağı

وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ﴿٢

2və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;

وَإِذَا ٱلۡأَرۡضُ مُدَّتۡ﴿٣

3Yer dümdüz ediləcəyi,

وَأَلۡقَتۡ مَا فِيهَا وَتَخَلَّتۡ﴿٤

4içindəkiləri (kənara) atıb boşalacağı

وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ﴿٥

5və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;

يَٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدۡحٗا فَمُلَٰقِيهِ﴿٦

6Ey insan! Sən səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!

فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ﴿٧

7Kimin kitabı sağ əlinə veriləcəksə,

فَسَوۡفَ يُحَاسَبُ حِسَابٗا يَسِيرٗا﴿٨

8o, yüngül haqq-hesaba çəkiləcək

وَيَنقَلِبُ إِلَىٰٓ أَهۡلِهِۦ مَسۡرُورٗا﴿٩

9və ailəsinə sevinərək dönəcək!

وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ وَرَآءَ ظَهۡرِهِۦ﴿١٠

10Kimin kitabı arxa tərəfindən (sol əlinə) veriləcəksə,

فَسَوۡفَ يَدۡعُواْ ثُبُورٗا﴿١١

11o (özünə) ölüm diləyəcək

وَيَصۡلَىٰ سَعِيرًا﴿١٢

12və alovlu atəşə atılacaq!

إِنَّهُۥ كَانَ فِيٓ أَهۡلِهِۦ مَسۡرُورًا﴿١٣

13O, (dünyada ikən) ailəsində sevinc içində idi

إِنَّهُۥ ظَنَّ أَن لَّن يَحُورَ﴿١٤

14Çünki o heç bir zaman (Rəbbinin hüzuruna) qayıtmayacağını zənn edirdi.

بَلَىٰٓۚ إِنَّ رَبَّهُۥ كَانَ بِهِۦ بَصِيرٗا﴿١٥

15Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.

فَلَآ أُقۡسِمُ بِٱلشَّفَقِ﴿١٦

16And içirəm şəfəqə,

وَٱلَّيۡلِ وَمَا وَسَقَ﴿١٧

17Gecəyə və (gecənin) ağuşuna aldıqlarına,

وَٱلۡقَمَرِ إِذَا ٱتَّسَقَ﴿١٨

18bədirlənmiş aya!

لَتَرۡكَبُنَّ طَبَقًا عَن طَبَقٖ﴿١٩

19(Ey insanlar!) Siz mütləq haldan-hala düşəcəksiniz.

فَمَا لَهُمۡ لَا يُؤۡمِنُونَ﴿٢٠

20Onlara nə olub ki, iman gətirmirlər?

وَإِذَا قُرِئَ عَلَيۡهِمُ ٱلۡقُرۡءَانُ لَا يَسۡجُدُونَۤ۩﴿٢١

21Onlara Quran oxunduqda səcdə etmirlər?

بَلِ ٱلَّذِينَ كَفَرُواْ يُكَذِّبُونَ﴿٢٢

22Əksinə, küfr edənlər (haqqı) yalan sayırlar.

وَٱللَّهُ أَعۡلَمُ بِمَا يُوعُونَ﴿٢٣

23Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir!

فَبَشِّرۡهُم بِعَذَابٍ أَلِيمٍ﴿٢٤

24Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ!

إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونِۭ﴿٢٥

25İman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat vardır.

RELATED SURAHS