Qaf

ق

Qaf45 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

قٓۚ وَٱلۡقُرۡءَانِ ٱلۡمَجِيدِ﴿١

1Qaf.[1] And olsun Şanlı Qurana.

بَلۡ عَجِبُوٓاْ أَن جَآءَهُم مُّنذِرٞ مِّنۡهُمۡ فَقَالَ ٱلۡكَٰفِرُونَ هَٰذَا شَيۡءٌ عَجِيبٌ﴿٢

2Xeyr, onlar özlərindən qorxudan (bir peyğəmbər) gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər: “Bu əcaib bir şeydir.

أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗاۖ ذَٰلِكَ رَجۡعُۢ بَعِيدٞ﴿٣

3Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyik)? Bu, uzaq bir qayıdışdır!”

قَدۡ عَلِمۡنَا مَا تَنقُصُ ٱلۡأَرۡضُ مِنۡهُمۡۖ وَعِندَنَا كِتَٰبٌ حَفِيظُۢ﴿٤

4Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (yerin onların cəsədlərini yeməsini) bilirik. Bizdə hər şeyi qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır.

بَلۡ كَذَّبُواْ بِٱلۡحَقِّ لَمَّا جَآءَهُمۡ فَهُمۡ فِيٓ أَمۡرٖ مَّرِيجٍ﴿٥

5Onlara haqq (Quran) gəldikdə onu yalan hesab etdilər. Onlar çaşqın bir haldadırlar.

أَفَلَمۡ يَنظُرُوٓاْ إِلَى ٱلسَّمَآءِ فَوۡقَهُمۡ كَيۡفَ بَنَيۡنَٰهَا وَزَيَّنَّٰهَا وَمَا لَهَا مِن فُرُوجٖ﴿٦

6Məgər onlar üstlərindəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?!

وَٱلۡأَرۡضَ مَدَدۡنَٰهَا وَأَلۡقَيۡنَا فِيهَا رَوَٰسِيَ وَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ زَوۡجِۭ بَهِيجٖ﴿٧

7Biz yeri genişləndirdik, orada möhkəm dağlar yerləşdirdik və göz oxşayan bitkilərin hər növündən yetişdirdik.

تَبۡصِرَةٗ وَذِكۡرَىٰ لِكُلِّ عَبۡدٖ مُّنِيبٖ﴿٨

8(Bütün bunları) Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə etdik.

وَنَزَّلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ مُّبَٰرَكٗا فَأَنۢبَتۡنَا بِهِۦ جَنَّٰتٖ وَحَبَّ ٱلۡحَصِيدِ﴿٩

9Biz göydən bərəkətli su endirdik, onunla bağlar və (arpa, buğda və s. bu kimi) biçilən dənələr yetişdirdik.

وَٱلنَّخۡلَ بَاسِقَٰتٖ لَّهَا طَلۡعٞ نَّضِيدٞ﴿١٠

10Tumurcuqları bir-birinin üstünə (salxım-salxım) düzülmüş hündür xurma ağacları (yetişdirdik).

رِّزۡقٗا لِّلۡعِبَادِۖ وَأَحۡيَيۡنَا بِهِۦ بَلۡدَةٗ مَّيۡتٗاۚ كَذَٰلِكَ ٱلۡخُرُوجُ﴿١١

11Qullara ruzi olsun deyə (belə etdik)! Biz onunla (göydən endirdiyimiz su ilə) ölü bir məmləkəti diriltdik. (Dirilib qəbirdən) çıxmaq da belədir.

كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَأَصۡحَٰبُ ٱلرَّسِّ وَثَمُودُ﴿١٢

12(Ey Peyğəmbər!) Onlardan (Qureyşdən) əvvəl Nuh qövmü, Rəss və Səmud əhli (elçiləri) yalançı saydı.

وَعَادٞ وَفِرۡعَوۡنُ وَإِخۡوَٰنُ لُوطٖ﴿١٣

13Ad, Firon və Lut qardaşları da.

وَأَصۡحَٰبُ ٱلۡأَيۡكَةِ وَقَوۡمُ تُبَّعٖۚ كُلّٞ كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ وَعِيدِ﴿١٤

14Əykə əhli və Tubba qövmü – bunların hamısı elçiləri yalançı saydı və Mənim vədim (əzabım) gerçəkləşdi.

أَفَعَيِينَا بِٱلۡخَلۡقِ ٱلۡأَوَّلِۚ بَلۡ هُمۡ فِي لَبۡسٖ مِّنۡ خَلۡقٖ جَدِيدٖ﴿١٥

15Məgər Biz ilk yaradılışda acizmi qaldıq?! Xeyr! Onlar yeni yaradılış (təkrar dirilmə) barəsində şəkk-şübhə içindədirlər.

وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ وَنَعۡلَمُ مَا تُوَسۡوِسُ بِهِۦ نَفۡسُهُۥۖ وَنَحۡنُ أَقۡرَبُ إِلَيۡهِ مِنۡ حَبۡلِ ٱلۡوَرِيدِ﴿١٦

16İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından daha yaxınıq.

إِذۡ يَتَلَقَّى ٱلۡمُتَلَقِّيَانِ عَنِ ٱلۡيَمِينِ وَعَنِ ٱلشِّمَالِ قَعِيدٞ﴿١٧

17(İnsanın) sağında və solunda (əməllərini) qeydə alan iki mələk oturmuşdur!

مَّا يَلۡفِظُ مِن قَوۡلٍ إِلَّا لَدَيۡهِ رَقِيبٌ عَتِيدٞ﴿١٨

18Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (mələk) vardır

وَجَآءَتۡ سَكۡرَةُ ٱلۡمَوۡتِ بِٱلۡحَقِّۖ ذَٰلِكَ مَا كُنتَ مِنۡهُ تَحِيدُ﴿١٩

19Ölüm bihuşluğu haqq olaraq gəldi. (Ey qafil insan!) Bu, sənin qorxub qaçdığın şeydir.

وَنُفِخَ فِي ٱلصُّورِۚ ذَٰلِكَ يَوۡمُ ٱلۡوَعِيدِ﴿٢٠

20Sura üfürüləcək. Bu, vəd olunmuş günüdür.

وَجَآءَتۡ كُلُّ نَفۡسٖ مَّعَهَا سَآئِقٞ وَشَهِيدٞ﴿٢١

21Hər kəs onu (məhşərə) gətirənlə və bir də (əməllərinə) şahidlik edənlə (iki mələklə birgə) gələcəkdir.

لَّقَدۡ كُنتَ فِي غَفۡلَةٖ مِّنۡ هَٰذَا فَكَشَفۡنَا عَنكَ غِطَآءَكَ فَبَصَرُكَ ٱلۡيَوۡمَ حَدِيدٞ﴿٢٢

22(Ona belə deyiləcəkdir:) “Sən bundan qəflət içində idin. Biz səndən pərdəni qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!”

وَقَالَ قَرِينُهُۥ هَٰذَا مَا لَدَيَّ عَتِيدٌ﴿٢٣

23Onun yoldaşı (ona müvəkkəl olunmuş mələk) deyəcək: “Bu yanımda olan (əməl dəftəri) hazırdır!”

أَلۡقِيَا فِي جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِيدٖ﴿٢٤

24(Allah o iki mələyə belə buyuracaqdır:) “Atın Cəhənnəmə hər bir inadcıl kafiri,

مَّنَّاعٖ لِّلۡخَيۡرِ مُعۡتَدٖ مُّرِيبٍ﴿٢٥

25xeyrə mane olanı, (zülm etməklə) həddi aşanı, (haqqa) şübhə edəni,

ٱلَّذِي جَعَلَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَأَلۡقِيَاهُ فِي ٱلۡعَذَابِ ٱلشَّدِيدِ﴿٢٦

26Allahla yanaşı özünə başqa bir ilah qəbul edəni. Atın onu şiddətli əzabın içinə!”

۞ قَالَ قَرِينُهُۥ رَبَّنَا مَآ أَطۡغَيۡتُهُۥ وَلَٰكِن كَانَ فِي ضَلَٰلِۭ بَعِيدٖ﴿٢٧

27Yoldaşı (şeytan) deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən azdırmadım, lakin o, özü dərin azğınlıq içində idi!”

قَالَ لَا تَخۡتَصِمُواْ لَدَيَّ وَقَدۡ قَدَّمۡتُ إِلَيۡكُم بِٱلۡوَعِيدِ﴿٢٨

28(Allah) buyuracaq: “Mənim hüzurumda mübahisə etməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim.

مَا يُبَدَّلُ ٱلۡقَوۡلُ لَدَيَّ وَمَآ أَنَا۠ بِظَلَّٰمٖ لِّلۡعَبِيدِ﴿٢٩

29Mənim hüzurumda söz dəyişməzdir. Mən qullarıma zülm edən deyiləm!”

يَوۡمَ نَقُولُ لِجَهَنَّمَ هَلِ ٱمۡتَلَأۡتِ وَتَقُولُ هَلۡ مِن مَّزِيدٖ﴿٣٠

30O gün Biz Cəhənnəmə: “Doldunmu?”– deyəcəyik. O isə: “Yenə varmı?”– deyəcəkdir.

وَأُزۡلِفَتِ ٱلۡجَنَّةُ لِلۡمُتَّقِينَ غَيۡرَ بَعِيدٍ﴿٣١

31Cənnət müttəqilərə yaxınlaşdırılacaq, (onlardan) uzaqda olmayacaq.

هَٰذَا مَا تُوعَدُونَ لِكُلِّ أَوَّابٍ حَفِيظٖ﴿٣٢

32Budur sizə vəd edilən (Cənnət). O, hər bir (tövbə edib Allaha) üz tutan, (Onun əmrinə) riayət edən,

مَّنۡ خَشِيَ ٱلرَّحۡمَٰنَ بِٱلۡغَيۡبِ وَجَآءَ بِقَلۡبٖ مُّنِيبٍ﴿٣٣

33Rəhmandan (Onu) görmədən qorxan və (Allaha) yönəlmiş qəlblə gələn kimsələr üçündür.

ٱدۡخُلُوهَا بِسَلَٰمٖۖ ذَٰلِكَ يَوۡمُ ٱلۡخُلُودِ﴿٣٤

34Ora salamatlıqla daxil olun! Bu, əbədiyyət günüdür.

لَهُم مَّا يَشَآءُونَ فِيهَا وَلَدَيۡنَا مَزِيدٞ﴿٣٥

35Orada onlar üçün istədikləri hər şey vardır. Hüzurumuzda bundan da artığı (Allahı görmək) vardır.

وَكَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّن قَرۡنٍ هُمۡ أَشَدُّ مِنۡهُم بَطۡشٗا فَنَقَّبُواْ فِي ٱلۡبِلَٰدِ هَلۡ مِن مَّحِيصٍ﴿٣٦

36Biz onlardan (Məkkə müşriklərindən) əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar diyarbədiyar gəzib dolaşırdılar. Məgər (əzabdan) qaçacaq bir yer varmı?!

إِنَّ فِي ذَٰلِكَ لَذِكۡرَىٰ لِمَن كَانَ لَهُۥ قَلۡبٌ أَوۡ أَلۡقَى ٱلسَّمۡعَ وَهُوَ شَهِيدٞ﴿٣٧

37Həqiqətən, bunda (dərk edən) qəlbi olan, hazır durub (diqqətlə) qulaq asan kimsə üçün öyüd-nəsihət var.

وَلَقَدۡ خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا فِي سِتَّةِ أَيَّامٖ وَمَا مَسَّنَا مِن لُّغُوبٖ﴿٣٨

38Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq da toxunmadı.

فَٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ قَبۡلَ طُلُوعِ ٱلشَّمۡسِ وَقَبۡلَ ٱلۡغُرُوبِ﴿٣٩

39(Ey Peyğəmbər!) Onların dediklərinə səbir et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd edərək şəninə təriflər de!

وَمِنَ ٱلَّيۡلِ فَسَبِّحۡهُ وَأَدۡبَٰرَ ٱلسُّجُودِ﴿٤٠

40Gecənin bir vaxtında və namazlardan sonra Onun şəninə təriflər de!

وَٱسۡتَمِعۡ يَوۡمَ يُنَادِ ٱلۡمُنَادِ مِن مَّكَانٖ قَرِيبٖ﴿٤١

41(Ey Peyğəmbər!) Dinlə. O gün carçı (sura ikinci dəfə üfürən mələk, məxluqata) yaxın bir yerdən çağıracaqdır.

يَوۡمَ يَسۡمَعُونَ ٱلصَّيۡحَةَ بِٱلۡحَقِّۚ ذَٰلِكَ يَوۡمُ ٱلۡخُرُوجِ﴿٤٢

42O gün (bütün məxluqat) bu səsi gerçəkdən eşidəcəklər. Bu, (qəbirlərdən) çıxma günüdür.

إِنَّا نَحۡنُ نُحۡيِۦ وَنُمِيتُ وَإِلَيۡنَا ٱلۡمَصِيرُ﴿٤٣

43Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş Bizədir.

يَوۡمَ تَشَقَّقُ ٱلۡأَرۡضُ عَنۡهُمۡ سِرَاعٗاۚ ذَٰلِكَ حَشۡرٌ عَلَيۡنَا يَسِيرٞ﴿٤٤

44O gün yer onlardan ötrü yarılacaq, onlar sürətlə (carçıya doğru) çıxacaqlar. Bu həşir (onları bir yerə toplamaq) Bizim üçün asandır.

نَّحۡنُ أَعۡلَمُ بِمَا يَقُولُونَۖ وَمَآ أَنتَ عَلَيۡهِم بِجَبَّارٖۖ فَذَكِّرۡ بِٱلۡقُرۡءَانِ مَن يَخَافُ وَعِيدِ﴿٤٥

45Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları (imana) məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!

RELATED SURAHS