Ar-Rahman

الرحمن

The Most Merciful78 ayahsMedinan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

ٱلرَّحۡمَٰنُ﴿١

1Rəhman! (Mərhəmətli olan Allah!)

عَلَّمَ ٱلۡقُرۡءَانَ﴿٢

2Quranı öyrətdi.

خَلَقَ ٱلۡإِنسَٰنَ﴿٣

3İnsanı yaratdı.

عَلَّمَهُ ٱلۡبَيَانَ﴿٤

4Ona bəyanı (duyğularını ifadə etməyi) öyrətdi.

ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ بِحُسۡبَانٖ﴿٥

5Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edir).

وَٱلنَّجۡمُ وَٱلشَّجَرُ يَسۡجُدَانِ﴿٦

6Otlar (və ya ulduzlar) da, ağaclar da (Allaha) səcdə edir.

وَٱلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ ٱلۡمِيزَانَ﴿٧

7(Allah) göyü ucaltdı və (yer üzündə) mizanı (ədaləti) qoydu ki,

أَلَّا تَطۡغَوۡاْ فِي ٱلۡمِيزَانِ﴿٨

8çəkidə həddi aşmayasınız.

وَأَقِيمُواْ ٱلۡوَزۡنَ بِٱلۡقِسۡطِ وَلَا تُخۡسِرُواْ ٱلۡمِيزَانَ﴿٩

9(Əşyaları) mizanda insafla çəkin və çəkini əskiltməyin.

وَٱلۡأَرۡضَ وَضَعَهَا لِلۡأَنَامِ﴿١٠

10O, yeri məxluqat üçün döşədi.

فِيهَا فَٰكِهَةٞ وَٱلنَّخۡلُ ذَاتُ ٱلۡأَكۡمَامِ﴿١١

11Orada meyvələr və salxımlı xurma ağacları vardır.

وَٱلۡحَبُّ ذُو ٱلۡعَصۡفِ وَٱلرَّيۡحَانُ﴿١٢

12Həmçinin, saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿١٣

13Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

خَلَقَ ٱلۡإِنسَٰنَ مِن صَلۡصَٰلٖ كَٱلۡفَخَّارِ﴿١٤

14O, insanı (Adəmi) saxsı kimi quru gildən yaratdı.

وَخَلَقَ ٱلۡجَآنَّ مِن مَّارِجٖ مِّن نَّارٖ﴿١٥

15Cannı da (Cinlərin atası olan İblisi də) xalis oddan O yaratdı.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿١٦

16Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

رَبُّ ٱلۡمَشۡرِقَيۡنِ وَرَبُّ ٱلۡمَغۡرِبَيۡنِ﴿١٧

17O, iki məşriqin və iki məğribin Rəbbidir.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿١٨

18Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

مَرَجَ ٱلۡبَحۡرَيۡنِ يَلۡتَقِيَانِ﴿١٩

19O, qarşı-qarşıya gələn (suyu şirin və acı olan) iki dənizi bir-birinə qovuşdurdu.

بَيۡنَهُمَا بَرۡزَخٞ لَّا يَبۡغِيَانِ﴿٢٠

20Onların arasında bir maneə vardır, bir-birinə qatışa bilməzlər.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٢١

21Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

يَخۡرُجُ مِنۡهُمَا ٱللُّؤۡلُؤُ وَٱلۡمَرۡجَانُ﴿٢٢

22O iki dənizdən mirvari və mərcan çıxır.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٢٣

23Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

وَلَهُ ٱلۡجَوَارِ ٱلۡمُنشَـَٔاتُ فِي ٱلۡبَحۡرِ كَٱلۡأَعۡلَٰمِ﴿٢٤

24Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٢٥

25Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

كُلُّ مَنۡ عَلَيۡهَا فَانٖ﴿٢٦

26Yer üzündə olan hər kəs fanidir.

وَيَبۡقَىٰ وَجۡهُ رَبِّكَ ذُو ٱلۡجَلَٰلِ وَٱلۡإِكۡرَامِ﴿٢٧

27Yalnız cəlal və ikram sahibi olan Rəbbinin Üzü əbədidir.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٢٨

28Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

يَسۡـَٔلُهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ كُلَّ يَوۡمٍ هُوَ فِي شَأۡنٖ﴿٢٩

29Göylərdə və yerdə olan hər kəs (ehtiyacını) Ondan istəyir. O hər gün bir işdədir.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٣٠

30Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

سَنَفۡرُغُ لَكُمۡ أَيُّهَ ٱلثَّقَلَانِ﴿٣١

31Ey insanlar və cinlər! (Tezliklə) sizi hesaba çəkəcəyik.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٣٢

32Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

يَٰمَعۡشَرَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ إِنِ ٱسۡتَطَعۡتُمۡ أَن تَنفُذُواْ مِنۡ أَقۡطَارِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ فَٱنفُذُواْۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلۡطَٰنٖ﴿٣٣

33Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüvvətlə keçə bilərsiniz.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٣٤

34Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

يُرۡسَلُ عَلَيۡكُمَا شُوَاظٞ مِّن نَّارٖ وَنُحَاسٞ فَلَا تَنتَصِرَانِ﴿٣٥

35Üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٣٦

36Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

فَإِذَا ٱنشَقَّتِ ٱلسَّمَآءُ فَكَانَتۡ وَرۡدَةٗ كَٱلدِّهَانِ﴿٣٧

37Göy yarılıb dağ edilmiş yağ (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı olacaqdır.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٣٨

38Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

فَيَوۡمَئِذٖ لَّا يُسۡـَٔلُ عَن ذَنۢبِهِۦٓ إِنسٞ وَلَا جَآنّٞ﴿٣٩

39O gün nə insan, nə də cin günahları barəsində sorğu-sual olunmayacaqdır.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٤٠

40Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

يُعۡرَفُ ٱلۡمُجۡرِمُونَ بِسِيمَٰهُمۡ فَيُؤۡخَذُ بِٱلنَّوَٰصِي وَٱلۡأَقۡدَامِ﴿٤١

41Günahkarlar simalarından (üzlərinin qaralığından, gözlərinin göylüyündən) tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٤٢

42Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِي يُكَذِّبُ بِهَا ٱلۡمُجۡرِمُونَ﴿٤٣

43(Onlara belə deyiləcəkdir:) Bu, günahkarların yalan saydıqları Cəhənnəm!

يَطُوفُونَ بَيۡنَهَا وَبَيۡنَ حَمِيمٍ ءَانٖ﴿٤٤

44Onlar onunla (Cəhənnəm atəşi ilə) olduqca qaynar su arasında dolanacaqlar.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٤٥

45Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

وَلِمَنۡ خَافَ مَقَامَ رَبِّهِۦ جَنَّتَانِ﴿٤٦

46Rəbbinin hüzurunda durmaqdan qorxanlar üçün iki cənnət vardır.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٤٧

47Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

ذَوَاتَآ أَفۡنَانٖ﴿٤٨

48(O iki Cənnətin hər) ikisində də (növbənöv meyvələrlə dolu) ağaclar vardır.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٤٩

49Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

فِيهِمَا عَيۡنَانِ تَجۡرِيَانِ﴿٥٠

50(Hər) ikisində də iki axar bulaq vardır.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٥١

51Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

فِيهِمَا مِن كُلِّ فَٰكِهَةٖ زَوۡجَانِ﴿٥٢

52(Hər) ikisində də hər meyvədən cüt-cüt vardır.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٥٣

53Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

مُتَّكِـِٔينَ عَلَىٰ فُرُشِۭ بَطَآئِنُهَا مِنۡ إِسۡتَبۡرَقٖۚ وَجَنَى ٱلۡجَنَّتَيۡنِ دَانٖ﴿٥٤

54Onlar (orada) astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki cənnətin meyvələri onlara yaxın olacaqdır.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٥٥

55Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

فِيهِنَّ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ لَمۡ يَطۡمِثۡهُنَّ إِنسٞ قَبۡلَهُمۡ وَلَا جَآنّٞ﴿٥٦

56Orada gözlərini (öz ərlərinə) dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qadınlar vardır.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٥٧

57Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

كَأَنَّهُنَّ ٱلۡيَاقُوتُ وَٱلۡمَرۡجَانُ﴿٥٨

58Onlar (o qadınlar gözəllikdə) sanki yaqut və mərcandırlar.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٥٩

59Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

هَلۡ جَزَآءُ ٱلۡإِحۡسَٰنِ إِلَّا ٱلۡإِحۡسَٰنُ﴿٦٠

60Yaxşılığın əvəzi yalnız yaxşılıq deyilmi?!

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٦١

61Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

وَمِن دُونِهِمَا جَنَّتَانِ﴿٦٢

62Bu Cənnətdən başqa daha iki Cənnət də vardır.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٦٣

63Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

مُدۡهَآمَّتَانِ﴿٦٤

64Hər ikisi tünd yaşıldır.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٦٥

65Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

فِيهِمَا عَيۡنَانِ نَضَّاخَتَانِ﴿٦٦

66(Hər) ikisində də fışqırıb qaynayan iki bulaq vardır.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٦٧

67Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

فِيهِمَا فَٰكِهَةٞ وَنَخۡلٞ وَرُمَّانٞ﴿٦٨

68(Hər) ikisində də (cürbəcür) meyvələr, xurma ağacları və nar vardır.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٦٩

69Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

فِيهِنَّ خَيۡرَٰتٌ حِسَانٞ﴿٧٠

70Orada xoş xasiyyətli, gözəl (üzlü) qadınlar vardır.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٧١

71Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

حُورٞ مَّقۡصُورَٰتٞ فِي ٱلۡخِيَامِ﴿٧٢

72Çadırlar içində qorunub saxlanılmış (və ya: gözlərini öz ərlərinə dikmiş) hurilər vardır.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٧٣

73Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

لَمۡ يَطۡمِثۡهُنَّ إِنسٞ قَبۡلَهُمۡ وَلَا جَآنّٞ﴿٧٤

74Onlara ərlərindən öncə heç bir insan və cin toxunmamışdır.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٧٥

75Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

مُتَّكِـِٔينَ عَلَىٰ رَفۡرَفٍ خُضۡرٖ وَعَبۡقَرِيٍّ حِسَانٖ﴿٧٦

76Onlar yaşıl balışlara və gözəl döşəkçələrə dirsəklənəcəklər.

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴿٧٧

77Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

تَبَٰرَكَ ٱسۡمُ رَبِّكَ ذِي ٱلۡجَلَٰلِ وَٱلۡإِكۡرَامِ﴿٧٨

78Cəlal və ikram sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir!

RELATED SURAHS