Al-Ghashiyah

الغاشية

The Overwhelming26 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡغَٰشِيَةِ﴿١

1(Ey Peyğəmbər!) Qiyamətin xəbəri sənə gəlib çatdımı?

وُجُوهٞ يَوۡمَئِذٍ خَٰشِعَةٌ﴿٢

2O gün (neçə-neçə) üzlər (qorxudan) zəlil bir görkəm alacaqdır.

عَامِلَةٞ نَّاصِبَةٞ﴿٣

3Çalışıb, yorulacaq,

تَصۡلَىٰ نَارًا حَامِيَةٗ﴿٤

4qızmar oda girəcək,

تُسۡقَىٰ مِنۡ عَيۡنٍ ءَانِيَةٖ﴿٥

5qaynar çeşmədən (su) içirdiləcək.

لَّيۡسَ لَهُمۡ طَعَامٌ إِلَّا مِن ضَرِيعٖ﴿٦

6Onların daridən (acı və pis qoxulu tikanlı bitkidən) başqa bir yeməyi olmayacaqdır.

لَّا يُسۡمِنُ وَلَا يُغۡنِي مِن جُوعٖ﴿٧

7(O yemək onları) nə doydurar, nə də aclıqdan qurtarar.

وُجُوهٞ يَوۡمَئِذٖ نَّاعِمَةٞ﴿٨

8O gün (neçə-neçə) üzlər sevinəcək,

لِّسَعۡيِهَا رَاضِيَةٞ﴿٩

9(dünyadakı) səylərindən razı qalacaq,

فِي جَنَّةٍ عَالِيَةٖ﴿١٠

10uca Cənnətdə olacaq,

لَّا تَسۡمَعُ فِيهَا لَٰغِيَةٗ﴿١١

11orada faydasız bir söz eşitməyəcək.

فِيهَا عَيۡنٞ جَارِيَةٞ﴿١٢

12Orada axar çeşmələr vardır;

فِيهَا سُرُرٞ مَّرۡفُوعَةٞ﴿١٣

13Orada hündür taxtlar,

وَأَكۡوَابٞ مَّوۡضُوعَةٞ﴿١٤

14qoyulmuş piyalələr,

وَنَمَارِقُ مَصۡفُوفَةٞ﴿١٥

15yan-yana düzülmüş yastıqlar,

وَزَرَابِيُّ مَبۡثُوثَةٌ﴿١٦

16və sərilmiş xalçalar var.

أَفَلَا يَنظُرُونَ إِلَى ٱلۡإِبِلِ كَيۡفَ خُلِقَتۡ﴿١٧

17Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?

وَإِلَى ٱلسَّمَآءِ كَيۡفَ رُفِعَتۡ﴿١٨

18Göyə (baxmırlar ki) necə ucaldılmışdır?

وَإِلَى ٱلۡجِبَالِ كَيۡفَ نُصِبَتۡ﴿١٩

19Dağlara (baxmırlar ki) necə dikəldilmişdir?

وَإِلَى ٱلۡأَرۡضِ كَيۡفَ سُطِحَتۡ﴿٢٠

20Yerə (baxmırlar ki) necə döşədilmişdir?

فَذَكِّرۡ إِنَّمَآ أَنتَ مُذَكِّرٞ﴿٢١

21(Ey Peyğəmbər!) Sən öyüd-nəsihət ver! Sən yalnız öyüd-nəsihət verənsən.

لَّسۡتَ عَلَيۡهِم بِمُصَيۡطِرٍ﴿٢٢

22Sən onların üzərində hökmdar deyilsən.

إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ﴿٢٣

23Lakin kim üz döndərib küfr edərsə,

فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلۡعَذَابَ ٱلۡأَكۡبَرَ﴿٢٤

24Allah onu ən böyük əzabla cəzalandırar.

إِنَّ إِلَيۡنَآ إِيَابَهُمۡ﴿٢٥

25Şübhəsiz ki, onların dönüşü Bizədir.

ثُمَّ إِنَّ عَلَيۡنَا حِسَابَهُم﴿٢٦

26Sonra onları hesaba çəkmək də Bizə aiddir.

RELATED SURAHS