البلد
The City • 20 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1And içirəm bu şəhərə (Məkkəyə)!
2Sən bu şəhərdə sakinsən. (Yaxud: Sənə bu şəhərdə istədiyini etmək halaldır).
3And olsun ataya (Adəmə) və onun zürriyyətinə!
4Biz insanı çətinlik içində xəlq etdik.
5Məgər o (insan), heç kəsin ona gücü çatmayacağınımı güman edir?!
6O: “Mən (Muhammədə düşmənçilik yolunda) çoxlu mal xərclədim!”– deyir.
7Məgər o, heç kəsin onu görməyəcəyinimi zənn edir?!
8Biz ona iki göz vermədikmi?!
9Eləcə də, bir dil və iki dodaq (vermədikmi)?!
10Biz ona iki yolu (haqqı və batili) göstərmədikmi?!
11O, sərt yoxuşu aşa biləmədi.
12Sən nə bilirsən ki, o sərt yoxuş nədir?
13(O,) kölə azad etməkdir
14və ya aclıq günündə (möhtaca) yemək verməkdir –
15qohumluğu çatan bir yetimə,
16yaxud (aclıqdan) yerə sərilmiş miskinə!
17Sonra isə iman gətirənlərdən, bir-birinə səbir tövsiyə edənlərdən və mərhəmət tövsiyə edənlərdən olmaqdır.
18Onlar sağ tərəf sahibləridir.
19Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir.
20Onları hər tərəfdən qapalı Cəhənnəm gözləyir.