At-Takwir

التكوير

The Overthrowing29 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

إِذَا ٱلشَّمۡسُ كُوِّرَتۡ﴿١

1Günəş büküləcəyi zaman;

وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتۡ﴿٢

2ulduzlar (sönüb yerə) töküləcəyi zaman;

وَإِذَا ٱلۡجِبَالُ سُيِّرَتۡ﴿٣

3dağlar hərəkətə gətiriləcəyi zaman;

وَإِذَا ٱلۡعِشَارُ عُطِّلَتۡ﴿٤

4boğaz dəvələr başlı-başına qalacaqları zaman;

وَإِذَا ٱلۡوُحُوشُ حُشِرَتۡ﴿٥

5vəhşi heyvanlar bir yerə toplanacağı zaman;

وَإِذَا ٱلۡبِحَارُ سُجِّرَتۡ﴿٦

6dənizlər alovlanacağı zaman;

وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتۡ﴿٧

7nəfislər (öz tayına) qovuşdurulacağı zaman;

وَإِذَا ٱلۡمَوۡءُۥدَةُ سُئِلَتۡ﴿٨

8diri-diri (torpağa) basdırılmış qız (uşağı) soruşulacağı zaman –

بِأَيِّ ذَنۢبٖ قُتِلَتۡ﴿٩

9hansı günaha görə öldürülmüşdür;

وَإِذَا ٱلصُّحُفُ نُشِرَتۡ﴿١٠

10səhifələr (əməl dəftərləri) açılacağı zaman;

وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتۡ﴿١١

11göy (yerindən) qopardılacağı zaman;

وَإِذَا ٱلۡجَحِيمُ سُعِّرَتۡ﴿١٢

12Cəhənnəm alovlandırılacağı zaman

وَإِذَا ٱلۡجَنَّةُ أُزۡلِفَتۡ﴿١٣

13Cənnət (möminlərə) yaxınlaşdırılacağı zaman;

عَلِمَتۡ نَفۡسٞ مَّآ أَحۡضَرَتۡ﴿١٤

14hər kəs (bu gün üçün özünə) nə tədarük etdiyini biləcəkdir.

فَلَآ أُقۡسِمُ بِٱلۡخُنَّسِ﴿١٥

15And içirəm (gecə çıxıb gündüz) batan ulduzlara,

ٱلۡجَوَارِ ٱلۡكُنَّسِ﴿١٦

16seyr edib gizlənən səyyarələrə,

وَٱلَّيۡلِ إِذَا عَسۡعَسَ﴿١٧

17qaralmaqda olan gecəyə,

وَٱلصُّبۡحِ إِذَا تَنَفَّسَ﴿١٨

18açılmaqda olan səhərə!

إِنَّهُۥ لَقَوۡلُ رَسُولٖ كَرِيمٖ﴿١٩

19Bu (Quran) möhtərəm bir elçinin (Cəbrailin) sözüdür.

ذِي قُوَّةٍ عِندَ ذِي ٱلۡعَرۡشِ مَكِينٖ﴿٢٠

20(O elçi ki,) qüvvətlidir, Ərşin sahibi yanında (böyük) hörmət sahibidir.

مُّطَاعٖ ثَمَّ أَمِينٖ﴿٢١

21Orada (mələklər arasında) itaət ediləndir, (vəhyi çatdırmaqda) etibarlıdır.

وَمَا صَاحِبُكُم بِمَجۡنُونٖ﴿٢٢

22Sizin yoldaşınız (Muhamməd) dəli deyildir.

وَلَقَدۡ رَءَاهُ بِٱلۡأُفُقِ ٱلۡمُبِينِ﴿٢٣

23O, (Cəbraili) aydın üfüqdə gördü.

وَمَا هُوَ عَلَى ٱلۡغَيۡبِ بِضَنِينٖ﴿٢٤

24O, qeyb barəsində paxıl deyildir (qeybi xəbərləri sizdən əsirgəməz).

وَمَا هُوَ بِقَوۡلِ شَيۡطَٰنٖ رَّجِيمٖ﴿٢٥

25Bu (Quran) daşqalaq olunmuş şeytanın sözü də deyildir.

فَأَيۡنَ تَذۡهَبُونَ﴿٢٦

26Elə isə (ondan üz döndərib) hara gedirsiniz?

إِنۡ هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ﴿٢٧

27Bu (Quran), aləmlərə yalnız bir öyüd-nəsihətdir.

لِمَن شَآءَ مِنكُمۡ أَن يَسۡتَقِيمَ﴿٢٨

28Sizlərdən doğru yolda olmaq istəyənlər üçün.

وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ﴿٢٩

29Aləmlərin Rəbbi olan Allah (doğru yolda olmağınızı) istəməyincə, siz istəyə bilməzsiniz!

RELATED SURAHS