الانفطار
The Cleaving • 19 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1Göy parçalanacağı zaman;
2ulduzlar səpələnəcəyi zaman;
3dənizlər daşıb bir-birinə qarışacağı zaman;
4qəbirlər çevriləcəyi zaman;
5hər kəs əvvəlcədən (özü üçün) nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir.
6Ey insan! Kərim olan Rəbbinə qarşı səni aldadan nədir?
7O Rəbbin ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi.
8Səni istədiyi şəklə saldı.
9Xeyr! Əksinə, siz (Qiyaməti) yalan hesab edirsiniz!
10Sizin üzərinizdə nəzarətçilər vardır.
11Hörmətli (əməllərinizi) yazan mələklər.
12Onlar sizin nə etdiklərinizi bilirlər.
13Həqiqətən, yaxşılar nemət içində olacaqlar.
14Günahkarlar isə Cəhənnəmdə olacaqlar.
15Onlar ora Din (hesab) günü girəcəklər.
16Onlar oradan çıxa bilməyəcəklər.
17(Ey Peyğəmbər!) Sən nə biləydin ki, Din günü nədir?
18Sonra sən nə biləydin ki, Din günü nədir?
19O gün heç kəs heç kəsə heç bir fayda verə bilməz. O gün hökm yalnız Allaha məxsus olacaqdır!