Nuh

نوح

Noah28 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

إِنَّآ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦٓ أَنۡ أَنذِرۡ قَوۡمَكَ مِن قَبۡلِ أَن يَأۡتِيَهُمۡ عَذَابٌ أَلِيمٞ﴿١

1Biz Nuhu: “Qövmünə ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl onları xəbərdar et!”– deyə öz qövmünə göndərdik.

قَالَ يَٰقَوۡمِ إِنِّي لَكُمۡ نَذِيرٞ مُّبِينٌ﴿٢

2(Nuh) dedi: “Ey qövmüm! Mən sizi (Allahın əzabı ilə) açıq-aydın xəbərdar edənəm!

أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱتَّقُوهُ وَأَطِيعُونِ﴿٣

3Allaha ibadət edin, Ondan qorxun və mənə tabe olun!

يَغۡفِرۡ لَكُم مِّن ذُنُوبِكُمۡ وَيُؤَخِّرۡكُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمًّىۚ إِنَّ أَجَلَ ٱللَّهِ إِذَا جَآءَ لَا يُؤَخَّرُۚ لَوۡ كُنتُمۡ تَعۡلَمُونَ﴿٤

4(Əgər belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizə müəyyən vaxtadək (əcəliniz çatana qədər) möhlət verər. Allahın (müəyyən etdiyi) əcəl gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz!”

قَالَ رَبِّ إِنِّي دَعَوۡتُ قَوۡمِي لَيۡلٗا وَنَهَارٗا﴿٥

5(Nuh) dedi: “Ey Rəbbim, mən qövmümü gecə-gündüz dəvət etdim.

فَلَمۡ يَزِدۡهُمۡ دُعَآءِيٓ إِلَّا فِرَارٗا﴿٦

6Amma dəvətim onların (haqdan) qaçmalarını daha da artırdı.

وَإِنِّي كُلَّمَا دَعَوۡتُهُمۡ لِتَغۡفِرَ لَهُمۡ جَعَلُوٓاْ أَصَٰبِعَهُمۡ فِيٓ ءَاذَانِهِمۡ وَٱسۡتَغۡشَوۡاْ ثِيَابَهُمۡ وَأَصَرُّواْ وَٱسۡتَكۡبَرُواْ ٱسۡتِكۡبَارٗا﴿٧

7Onları bağışlayasan deyə, mən hər dəfə onları (imana) dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, (küfrlərində) israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər.

ثُمَّ إِنِّي دَعَوۡتُهُمۡ جِهَارٗا﴿٨

8Sonra mən onları aşkarcasına dəvət etdim.

ثُمَّ إِنِّيٓ أَعۡلَنتُ لَهُمۡ وَأَسۡرَرۡتُ لَهُمۡ إِسۡرَارٗا﴿٩

9Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib

فَقُلۡتُ ٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ إِنَّهُۥ كَانَ غَفَّارٗا﴿١٠

10dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır!

يُرۡسِلِ ٱلسَّمَآءَ عَلَيۡكُم مِّدۡرَارٗا﴿١١

11(Əgər belə etsəniz) O, sizə göydən bol-bol yağış göndərər,

وَيُمۡدِدۡكُم بِأَمۡوَٰلٖ وَبَنِينَ وَيَجۡعَل لَّكُمۡ جَنَّٰتٖ وَيَجۡعَل لَّكُمۡ أَنۡهَٰرٗا﴿١٢

12var-dövlətinizi və oğul-uşağınızı çoxaldar, sizin üçün bağlar yaradar və çaylar axıdar.

مَّا لَكُمۡ لَا تَرۡجُونَ لِلَّهِ وَقَارٗا﴿١٣

13Sizə nə olub ki, Allahı layiqincə uca tutmursunuz?

وَقَدۡ خَلَقَكُمۡ أَطۡوَارًا﴿١٤

14Axı O sizi mərhələlərlə (əvvəl nütfədən, sonra laxtalanmış qandan, sonra bir parça ətdən və sonda isə insan şəklində) yaratdı.

أَلَمۡ تَرَوۡاْ كَيۡفَ خَلَقَ ٱللَّهُ سَبۡعَ سَمَٰوَٰتٖ طِبَاقٗا﴿١٥

15Məgər Allahın yeddi (qat) göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüzmü?

وَجَعَلَ ٱلۡقَمَرَ فِيهِنَّ نُورٗا وَجَعَلَ ٱلشَّمۡسَ سِرَاجٗا﴿١٦

16Orada ayı bir nur, günəşi də çıraq etdi.

وَٱللَّهُ أَنۢبَتَكُم مِّنَ ٱلۡأَرۡضِ نَبَاتٗا﴿١٧

17Allah sizi (atanız Adəmi) yerdən bir bitki kimi bitirdi.

ثُمَّ يُعِيدُكُمۡ فِيهَا وَيُخۡرِجُكُمۡ إِخۡرَاجٗا﴿١٨

18Sonra sizi ora qaytaracaq və (qiyamət günü dirildib oradan təkrar) çıxardacaqdır.

وَٱللَّهُ جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ بِسَاطٗا﴿١٩

19Allah yeri sizin üçün xalı təki döşədi ki,

لِّتَسۡلُكُواْ مِنۡهَا سُبُلٗا فِجَاجٗا﴿٢٠

20orada geniş yollarda gəzəsiniz”.

قَالَ نُوحٞ رَّبِّ إِنَّهُمۡ عَصَوۡنِي وَٱتَّبَعُواْ مَن لَّمۡ يَزِدۡهُ مَالُهُۥ وَوَلَدُهُۥٓ إِلَّا خَسَارٗا﴿٢١

21Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan kimsələrə (kafir başçılarına) tabe oldular.

وَمَكَرُواْ مَكۡرٗا كُبَّارٗا﴿٢٢

22Onlar (kafir başçılar mənə qarşı) böyük bir hiylə işlətdilər

وَقَالُواْ لَا تَذَرُنَّ ءَالِهَتَكُمۡ وَلَا تَذَرُنَّ وَدّٗا وَلَا سُوَاعٗا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسۡرٗا﴿٢٣

23və (özlərinə tabe olanlara) dedilər: “İlahlarınızı tərk etməyin; Vəddi, Suvanı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!”

وَقَدۡ أَضَلُّواْ كَثِيرٗاۖ وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا ضَلَٰلٗا﴿٢٤

24Onlar çoxlarını azdırdılar. (Ey Rəbbim!) Sən də zalımların azğınlığını artır”.

مِّمَّا خَطِيٓـَٰٔتِهِمۡ أُغۡرِقُواْ فَأُدۡخِلُواْ نَارٗا فَلَمۡ يَجِدُواْ لَهُم مِّن دُونِ ٱللَّهِ أَنصَارٗا﴿٢٥

25Onlar günahlarına görə (suya) qərq edildilər və oda atıldılar. Onlar Allahdan savayı köməkçilər tapmadılar.

وَقَالَ نُوحٞ رَّبِّ لَا تَذَرۡ عَلَى ٱلۡأَرۡضِ مِنَ ٱلۡكَٰفِرِينَ دَيَّارًا﴿٢٦

26Nuh dedi: “Ey Rəbbim! Yer üzündə kafirlərdən heç bir kimsəni sağ bıraxma!

إِنَّكَ إِن تَذَرۡهُمۡ يُضِلُّواْ عِبَادَكَ وَلَا يَلِدُوٓاْ إِلَّا فَاجِرٗا كَفَّارٗا﴿٢٧

27Əgər Sən onları sağ buraxsan, onlar Sənin qullarını azdıracaq və yalnız günahkar, kafir (övladlar) doğub-törədəcəklər.

رَّبِّ ٱغۡفِرۡ لِي وَلِوَٰلِدَيَّ وَلِمَن دَخَلَ بَيۡتِيَ مُؤۡمِنٗا وَلِلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۖ وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا تَبَارَۢا﴿٢٨

28Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin olaraq daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zalımların isə ancaq həlakını artır!”

RELATED SURAHS