Al-Haqqah

الحاقة

The Inevitable52 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

ٱلۡحَآقَّةُ﴿١

1Haqq olan (Qiyamət)!

مَا ٱلۡحَآقَّةُ﴿٢

2Nədir haqq olan (Qiyamət)?

وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحَآقَّةُ﴿٣

3Sən nə biləsən ki, nədir haqq olan (Qiyamət)?

كَذَّبَتۡ ثَمُودُ وَعَادُۢ بِٱلۡقَارِعَةِ﴿٤

4Səmud və Ad (qövmləri qəlbləri) qorxuya salan Qiyaməti yalan saydılar.

فَأَمَّا ثَمُودُ فَأُهۡلِكُواْ بِٱلطَّاغِيَةِ﴿٥

5Səmud (qövmü) qorxunc bir səslə məhv edildi.

وَأَمَّا عَادٞ فَأُهۡلِكُواْ بِرِيحٖ صَرۡصَرٍ عَاتِيَةٖ﴿٦

6Ad qövmü isə olduqca soyuq və şiddətli küləklə məhv edildi.

سَخَّرَهَا عَلَيۡهِمۡ سَبۡعَ لَيَالٖ وَثَمَٰنِيَةَ أَيَّامٍ حُسُومٗاۖ فَتَرَى ٱلۡقَوۡمَ فِيهَا صَرۡعَىٰ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٍ خَاوِيَةٖ﴿٧

7Allah onu (o küləyi) yeddi gecə, səkkiz gün ardıcıl onların üstündə əsdirdi. (Əgər orada olsaydın,) sən onların çürümüş boş xurma gövdələri kimi yerə sərilmiş görərdin.

فَهَلۡ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٖ﴿٨

8(İndi) sən onlardan qalan bir kimsə görürsənmi?!

وَجَآءَ فِرۡعَوۡنُ وَمَن قَبۡلَهُۥ وَٱلۡمُؤۡتَفِكَٰتُ بِٱلۡخَاطِئَةِ﴿٩

9Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (əhli olan Lut qövmü) də günah işlətmişdilər.

فَعَصَوۡاْ رَسُولَ رَبِّهِمۡ فَأَخَذَهُمۡ أَخۡذَةٗ رَّابِيَةً﴿١٠

10Onlar Rəbbinin elçisinə asi oldular, Allah da onları (şiddəti) artan bir əzabla yaxaladı.

إِنَّا لَمَّا طَغَا ٱلۡمَآءُ حَمَلۡنَٰكُمۡ فِي ٱلۡجَارِيَةِ﴿١١

11Su aşıb-daşdığı zaman sizi gəmidə (Nuhun gəmisində) Biz daşıdıq.

لِنَجۡعَلَهَا لَكُمۡ تَذۡكِرَةٗ وَتَعِيَهَآ أُذُنٞ وَٰعِيَةٞ﴿١٢

12Biz bunu sizə bir ibrət olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə (belə) etdik.

فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ نَفۡخَةٞ وَٰحِدَةٞ﴿١٣

13Sur bircə dəfə üfürüləcəyi,

وَحُمِلَتِ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ فَدُكَّتَا دَكَّةٗ وَٰحِدَةٗ﴿١٤

14yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –

فَيَوۡمَئِذٖ وَقَعَتِ ٱلۡوَاقِعَةُ﴿١٥

15həmin gün Vaqiə qopacaq.

وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِيَ يَوۡمَئِذٖ وَاهِيَةٞ﴿١٦

16Göy həmin gün zəyifləyib, parça-parça olacaqdır.

وَٱلۡمَلَكُ عَلَىٰٓ أَرۡجَآئِهَاۚ وَيَحۡمِلُ عَرۡشَ رَبِّكَ فَوۡقَهُمۡ يَوۡمَئِذٖ ثَمَٰنِيَةٞ﴿١٧

17Mələklər isə onun (göyün) ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır.

يَوۡمَئِذٖ تُعۡرَضُونَ لَا تَخۡفَىٰ مِنكُمۡ خَافِيَةٞ﴿١٨

18(Ey insanlar!) O gün siz (Allaha) ərz olunacaqsınız. Heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır.

فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقۡرَءُواْ كِتَٰبِيَهۡ﴿١٩

19Kitabı sağ əlinə verilən kimsə deyəcəkdir: “Alın, oxuyun kitabımı!

إِنِّي ظَنَنتُ أَنِّي مُلَٰقٍ حِسَابِيَهۡ﴿٢٠

20Çünki mən (Qiyamət günü) öz hesabımla qovuşacağama inanırdım”.

فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ﴿٢١

21O, xoşbəxt həyat sürəcək –

فِي جَنَّةٍ عَالِيَةٖ﴿٢٢

22uca bir Cənnətdə –

قُطُوفُهَا دَانِيَةٞ﴿٢٣

23(elə bir Cənnətdə ki,) onun meyvələri yaxın olacaqdır.

كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَآ أَسۡلَفۡتُمۡ فِي ٱلۡأَيَّامِ ٱلۡخَالِيَةِ﴿٢٤

24(Onlara:) “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!”– (deyiləcəkdir).

وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُوتَ كِتَٰبِيَهۡ﴿٢٥

25Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi!

وَلَمۡ أَدۡرِ مَا حِسَابِيَهۡ﴿٢٦

26Hesabımı da bilməyəydim!

يَٰلَيۡتَهَا كَانَتِ ٱلۡقَاضِيَةَ﴿٢٧

27Kaş ilk ölümüm əbədi olaydı!

مَآ أَغۡنَىٰ عَنِّي مَالِيَهۡۜ﴿٢٨

28Malım mənə fayda vermədi (məni Allahın əzabından qurtarmadı).

هَلَكَ عَنِّي سُلۡطَٰنِيَهۡ﴿٢٩

29Hökmranlığım da məhv olub getdi”.

خُذُوهُ فَغُلُّوهُ﴿٣٠

30(Mələklərə deyiləcəkdir:) “Onu tutub bağlayın!

ثُمَّ ٱلۡجَحِيمَ صَلُّوهُ﴿٣١

31Sonra da Cəhənnəmə atın!

ثُمَّ فِي سِلۡسِلَةٖ ذَرۡعُهَا سَبۡعُونَ ذِرَاعٗا فَٱسۡلُكُوهُ﴿٣٢

32Sonra onu uzunluğu yetmiş dirsək olan zəncirlə bağlayın!

إِنَّهُۥ كَانَ لَا يُؤۡمِنُ بِٱللَّهِ ٱلۡعَظِيمِ﴿٣٣

33Çünki o, Əzəmətli olan Allaha iman gətirmirdi.

وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ﴿٣٤

34Miskini yedirtməyə rəğbətləndirmirdi.

فَلَيۡسَ لَهُ ٱلۡيَوۡمَ هَٰهُنَا حَمِيمٞ﴿٣٥

35Bu gün burada onun üçün bir dost tapılmaz.

وَلَا طَعَامٌ إِلَّا مِنۡ غِسۡلِينٖ﴿٣٦

36Qanlı irindən başqa yeməyi də yoxdur.

لَّا يَأۡكُلُهُۥٓ إِلَّا ٱلۡخَٰطِـُٔونَ﴿٣٧

37Onu ancaq günahkarlar yeyər”.

فَلَآ أُقۡسِمُ بِمَا تُبۡصِرُونَ﴿٣٨

38And içirəm gördüklərinizə,

وَمَا لَا تُبۡصِرُونَ﴿٣٩

39Və görmədiklərinizə!

إِنَّهُۥ لَقَوۡلُ رَسُولٖ كَرِيمٖ﴿٤٠

40O, möhtərəm bir Elçinin sözüdür.

وَمَا هُوَ بِقَوۡلِ شَاعِرٖۚ قَلِيلٗا مَّا تُؤۡمِنُونَ﴿٤١

41O, şair sözü deyil! Nə az inanırsınız!

وَلَا بِقَوۡلِ كَاهِنٖۚ قَلِيلٗا مَّا تَذَكَّرُونَ﴿٤٢

42O, kahin sözü də deyil! Nə az düşünürsünüz!

تَنزِيلٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ﴿٤٣

43O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!

وَلَوۡ تَقَوَّلَ عَلَيۡنَا بَعۡضَ ٱلۡأَقَاوِيلِ﴿٤٤

44Əgər o (Muhamməd) bəzi sözləri özündən uydurub Bizə aid etsəydi,

لَأَخَذۡنَا مِنۡهُ بِٱلۡيَمِينِ﴿٤٥

45Biz ondan şiddətli intiqam alardıq.

ثُمَّ لَقَطَعۡنَا مِنۡهُ ٱلۡوَتِينَ﴿٤٦

46Sonra da şah damarını kəsərdik.

فَمَا مِنكُم مِّنۡ أَحَدٍ عَنۡهُ حَٰجِزِينَ﴿٤٧

47Sizdən heç kəs buna mane ola bilməzdi.

وَإِنَّهُۥ لَتَذۡكِرَةٞ لِّلۡمُتَّقِينَ﴿٤٨

48Həqiqətən, o (Quran) müttəqilər üçün bir öyüd-nəsihətdir.

وَإِنَّا لَنَعۡلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ﴿٤٩

49Şübhəsiz ki, aranızdan (Quranı) yalan sayanlar olduğunu da bilirik!

وَإِنَّهُۥ لَحَسۡرَةٌ عَلَى ٱلۡكَٰفِرِينَ﴿٥٠

50Həqiqətən, o (Quran, Qiyamət günü) kafirlər üçün bir peşmançılıqdır.

وَإِنَّهُۥ لَحَقُّ ٱلۡيَقِينِ﴿٥١

51Şübhəsiz ki, o (Quran) gerçək bir həqiqətdir.

فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ﴿٥٢

52(Ey Peyğəmbər!) Elə isə Əzəmətli Rəbbinin adı ilə təsbih et!

RELATED SURAHS