Al-Qalam

القلم

The Pen52 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

نٓۚ وَٱلۡقَلَمِ وَمَا يَسۡطُرُونَ﴿١

1Nun. And olsun qələmə və (insanların qələmlə) yazdıqlarına!

مَآ أَنتَ بِنِعۡمَةِ رَبِّكَ بِمَجۡنُونٖ﴿٢

2(Ey Peyğəmbər!) Sən Rəbbinin neməti sayəsində dəli deyilsən.

وَإِنَّ لَكَ لَأَجۡرًا غَيۡرَ مَمۡنُونٖ﴿٣

3Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat vardır.

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٖ﴿٤

4Həqiqətən də, sən böyük əxlaq sahibisən!

فَسَتُبۡصِرُ وَيُبۡصِرُونَ﴿٥

5Sən də görəcəksən, onlar da görəcəklər –

بِأَييِّكُمُ ٱلۡمَفۡتُونُ﴿٦

6hansınızın dəli olduğunu.

إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ﴿٧

7Şübhəsiz ki, Rəbbin kimin Onun yolundan azdığını və (kimin də) haqq yolda olduğunu daha yaxşı bilir.

فَلَا تُطِعِ ٱلۡمُكَذِّبِينَ﴿٨

8(Ey Peyğəmbər! Elə isə haqqı) yalan sayanlara itaət etmə!

وَدُّواْ لَوۡ تُدۡهِنُ فَيُدۡهِنُونَ﴿٩

9Onlar (Müşriklər) istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə) güzəşt etsinlər.

وَلَا تُطِعۡ كُلَّ حَلَّافٖ مَّهِينٍ﴿١٠

10(Ey Peyğəmbər!) İtaət etmə hər tez-tez and içənə, alçağa,

هَمَّازٖ مَّشَّآءِۭ بِنَمِيمٖ﴿١١

11qeybət edənə, (insanlar arasında) söz gəzdirənə,

مَّنَّاعٖ لِّلۡخَيۡرِ مُعۡتَدٍ أَثِيمٍ﴿١٢

12xeyrə mane olana, (zülm etməklə) həddi aşana, günahkara,

عُتُلِّۭ بَعۡدَ ذَٰلِكَ زَنِيمٍ﴿١٣

13daş ürəkliyə, bunlardan sonra da (özünü başqasının nəsəbinə sırıyan) fırıldaqçıya –

أَن كَانَ ذَا مَالٖ وَبَنِينَ﴿١٤

14o, var-dövlət və oğul-uşaq sahibi olsa belə.

إِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ﴿١٥

15Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!”– dedi.

سَنَسِمُهُۥ عَلَى ٱلۡخُرۡطُومِ﴿١٦

16Biz onun burnuna damğa vuracağıq.

إِنَّا بَلَوۡنَٰهُمۡ كَمَا بَلَوۡنَآ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ إِذۡ أَقۡسَمُواْ لَيَصۡرِمُنَّهَا مُصۡبِحِينَ﴿١٧

17Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da (Məkkə mürşiklərini də) sınağa çəkdik. O zaman (bağ sahibləri) səhər açılanda (miskinlər gəlməzdən öncə bağda olan meyvələri) mütləq dərəcəklərinə and içmişdilər.

وَلَا يَسۡتَثۡنُونَ﴿١٨

18İstisna da etməmişdilər (“inşallah” deməmişdilər).

فَطَافَ عَلَيۡهَا طَآئِفٞ مِّن رَّبِّكَ وَهُمۡ نَآئِمُونَ﴿١٩

19Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü.

فَأَصۡبَحَتۡ كَٱلصَّرِيمِ﴿٢٠

20(Bağ yanıb) zülmət gecə kimi (qapqara) oldu.

فَتَنَادَوۡاْ مُصۡبِحِينَ﴿٢١

21Səhər açıldıqda bir-birlərinə səsləndilər:

أَنِ ٱغۡدُواْ عَلَىٰ حَرۡثِكُمۡ إِن كُنتُمۡ صَٰرِمِينَ﴿٢٢

22“Əgər (meyvə) dərəcəksinizsə, bağınıza erkən gedin!”

فَٱنطَلَقُواْ وَهُمۡ يَتَخَٰفَتُونَ﴿٢٣

23Onlar (bağa) yollandılar, (yol boyu) da bir-birlərinə pıçıldayaraq belə deyirdilər:

أَن لَّا يَدۡخُلَنَّهَا ٱلۡيَوۡمَ عَلَيۡكُم مِّسۡكِينٞ﴿٢٤

24“Bu gün orada heç bir miskin yanınıza girməsin!”

وَغَدَوۡاْ عَلَىٰ حَرۡدٖ قَٰدِرِينَ﴿٢٥

25Onlar bu məqsədlə (miskinləri bağa buraxmamağa) qadir olacaqlarını zənn edib erkən getdilər.

فَلَمَّا رَأَوۡهَا قَالُوٓاْ إِنَّا لَضَآلُّونَ﴿٢٦

26Onlar bağı gördükdə (belə) dedilər: “(Deyəsən) biz səhv gəlmişik!

بَلۡ نَحۡنُ مَحۡرُومُونَ﴿٢٧

27Xeyr! Biz (bu bağın xeyrindən) məhrum olmuşuq!”

قَالَ أَوۡسَطُهُمۡ أَلَمۡ أَقُل لَّكُمۡ لَوۡلَا تُسَبِّحُونَ﴿٢٨

28Onların ən yaxşısı dedi: “Məgər mən sizə (Allahı) təsbih etməli olduğunuzu demədimmi?”

قَالُواْ سُبۡحَٰنَ رَبِّنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ﴿٢٩

29Onlar: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz zalımlardan olmuşuq!”– dedilər.

فَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَلَٰوَمُونَ﴿٣٠

30Onlar dönüb bir-birlərini qınamağa başladılar

قَالُواْ يَٰوَيۡلَنَآ إِنَّا كُنَّا طَٰغِينَ﴿٣١

31(belə) dedilər: “Vay halımıza! Biz həddi aşanlardan olduq!

عَسَىٰ رَبُّنَآ أَن يُبۡدِلَنَا خَيۡرٗا مِّنۡهَآ إِنَّآ إِلَىٰ رَبِّنَا رَٰغِبُونَ﴿٣٢

32Ola bilsin ki, Rəbbimiz bizə onun əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”.

كَذَٰلِكَ ٱلۡعَذَابُۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ﴿٣٣

33(Dünyadakı) əzab da belədir. Axirət əzabı isə daha böyükdür! Kaş ki biləydilər!

إِنَّ لِلۡمُتَّقِينَ عِندَ رَبِّهِمۡ جَنَّٰتِ ٱلنَّعِيمِ﴿٣٤

34Şübhəsiz ki, müttəqilər üçün Rəbbi yanında Nəim cənnətləri vardır.

أَفَنَجۡعَلُ ٱلۡمُسۡلِمِينَ كَٱلۡمُجۡرِمِينَ﴿٣٥

35Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı?!

مَا لَكُمۡ كَيۡفَ تَحۡكُمُونَ﴿٣٦

36Sizə nə olub, necə hökm verirsiniz?!

أَمۡ لَكُمۡ كِتَٰبٞ فِيهِ تَدۡرُسُونَ﴿٣٧

37Yoxsa sizin elə bir kitab var ki, (günahkarla itaətkarın eyni olduğunu) oradan oxuyursunuz?!

إِنَّ لَكُمۡ فِيهِ لَمَا تَخَيَّرُونَ﴿٣٨

38(Ya da) orada bəyəndiyiniz hər bir şeyin sizin üçün olacağı vardır?!

أَمۡ لَكُمۡ أَيۡمَٰنٌ عَلَيۡنَا بَٰلِغَةٌ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ إِنَّ لَكُمۡ لَمَا تَحۡكُمُونَ﴿٣٩

39Yaxud Qiyamət gününədək hökm edib istədiyiniz hər şeyin sizin üçün olacağına dair Bizimlə əhd bağlamısınız?!

سَلۡهُمۡ أَيُّهُم بِذَٰلِكَ زَعِيمٌ﴿٤٠

40(Ey Peyğəmbər!) Onlardan soruş ki, kim buna zamindir?

أَمۡ لَهُمۡ شُرَكَآءُ فَلۡيَأۡتُواْ بِشُرَكَآئِهِمۡ إِن كَانُواْ صَٰدِقِينَ﴿٤١

41Yoxsa onların şəriklərimi vardır? Əgər doğru deyirlərsə, qoy şəriklərini gətirsinlər.

يَوۡمَ يُكۡشَفُ عَن سَاقٖ وَيُدۡعَوۡنَ إِلَى ٱلسُّجُودِ فَلَا يَسۡتَطِيعُونَ﴿٤٢

42O gün baldır açılacaq və onlar səcdəyə dəvət olunacaqlar, lakin (kafirlər) bunu bacarmayacaqlar.

خَٰشِعَةً أَبۡصَٰرُهُمۡ تَرۡهَقُهُمۡ ذِلَّةٞۖ وَقَدۡ كَانُواْ يُدۡعَوۡنَ إِلَى ٱلسُّجُودِ وَهُمۡ سَٰلِمُونَ﴿٤٣

43(O gün onların) gözləri qorxu içində olacaq, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar (dünyada) sağ-salamat olduqları halda səcdəyə dəvət olunurdular.

فَذَرۡنِي وَمَن يُكَذِّبُ بِهَٰذَا ٱلۡحَدِيثِۖ سَنَسۡتَدۡرِجُهُم مِّنۡ حَيۡثُ لَا يَعۡلَمُونَ﴿٤٤

44(Ey Peyğəmbər!) Bu Sözü (Quranı) yalan sayanları Mənə burax. Biz onları özləri də bilmədən tədricən əzaba sürükləyirik.

وَأُمۡلِي لَهُمۡۚ إِنَّ كَيۡدِي مَتِينٌ﴿٤٥

45Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim (kafirlər üçün qurduğum) hiyləm çox şiddətlidir.

أَمۡ تَسۡـَٔلُهُمۡ أَجۡرٗا فَهُم مِّن مَّغۡرَمٖ مُّثۡقَلُونَ﴿٤٦

46(Ey Peyğəmbər!) Yoxsa sən (risaləti təbliğ etdiyinə görə) onlardan bir ücrət istəyirsən və (buna görə də) onlar ağır bir borca düşüblər?!

أَمۡ عِندَهُمُ ٱلۡغَيۡبُ فَهُمۡ يَكۡتُبُونَ﴿٤٧

47Yoxsa qeyb (elmi) onların yanındadır onlar da (ona baxıb istədiklərini) yazırlar?!

فَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ ٱلۡحُوتِ إِذۡ نَادَىٰ وَهُوَ مَكۡظُومٞ﴿٤٨

48Rəbbinin hökmünə səbir et və balıq sahibi (Yunus peyğəmbər) kimi olma! Bir zaman o, (balığın qarnında) qəm-qüssə içində (Rəbbinə) dua etmişdi.

لَّوۡلَآ أَن تَدَٰرَكَهُۥ نِعۡمَةٞ مِّن رَّبِّهِۦ لَنُبِذَ بِٱلۡعَرَآءِ وَهُوَ مَذۡمُومٞ﴿٤٩

49Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda (balığın qarnından heç bir bitki bitməyən) boş yerə atılacaqdı.

فَٱجۡتَبَٰهُ رَبُّهُۥ فَجَعَلَهُۥ مِنَ ٱلصَّٰلِحِينَ﴿٥٠

50(Lakin) Rəbbi onu seçib salehlərdən etdi.

وَإِن يَكَادُ ٱلَّذِينَ كَفَرُواْ لَيُزۡلِقُونَكَ بِأَبۡصَٰرِهِمۡ لَمَّا سَمِعُواْ ٱلذِّكۡرَ وَيَقُولُونَ إِنَّهُۥ لَمَجۡنُونٞ﴿٥١

51Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirsinlər. Onlar (çarəsizlikdən): “O, dəlidir!”– deyirlər.

وَمَا هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ﴿٥٢

52Halbuki o (Quran) aləmlər üçün ancaq bir öyüd-nəsihətdir!

RELATED SURAHS