At-Tur

الطور

The Mount49 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

وَٱلطُّورِ﴿١

1And olsun Tur dağına!

وَكِتَٰبٖ مَّسۡطُورٖ﴿٢

2And olsun yazılmış Kitaba (Qurana və ya Lövhi-Məhfuza yaxud Musaya verilən lövhələrə)

فِي رَقّٖ مَّنشُورٖ﴿٣

3Yayılmış incə dəri üzərində (olan Kitaba).

وَٱلۡبَيۡتِ ٱلۡمَعۡمُورِ﴿٤

4And olsun (mələklərin ibadət etdiyi, yeddinci səma üzərində olan) Beytulməmura!

وَٱلسَّقۡفِ ٱلۡمَرۡفُوعِ﴿٥

5And olsun yüksək tavana (göy üzünə)!

وَٱلۡبَحۡرِ ٱلۡمَسۡجُورِ﴿٦

6And olsun (qiyamət günü) alovlanan (və ya su ilə dolu) dənizə!

إِنَّ عَذَابَ رَبِّكَ لَوَٰقِعٞ﴿٧

7(Ey Peyğəmbər!) Rəbbinin əzabı mütləq vaqe olacaqdır.

مَّا لَهُۥ مِن دَافِعٖ﴿٨

8Heç kəs onun qarşısını ala bilməz.

يَوۡمَ تَمُورُ ٱلسَّمَآءُ مَوۡرٗا﴿٩

9O gün göy şiddətlə lərzəyə gələcək.

وَتَسِيرُ ٱلۡجِبَالُ سَيۡرٗا﴿١٠

10Dağlar da (yerindən qopub) hərəkətə gələcəkdir.

فَوَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ﴿١١

11O gün (haqqı) yalan sayanların vay halına!

ٱلَّذِينَ هُمۡ فِي خَوۡضٖ يَلۡعَبُونَ﴿١٢

12O kəslər ki, batil bataqlığında əylənirlər.

يَوۡمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا﴿١٣

13O gün onlar amansızcasına (sürüklənib) Cəhənnəm oduna atılacaqlar.

هَٰذِهِ ٱلنَّارُ ٱلَّتِي كُنتُم بِهَا تُكَذِّبُونَ﴿١٤

14(Onlara deyiləcəkdir:) “Bu, sizin yalan saydığınız Cəhənnəm odudur!

أَفَسِحۡرٌ هَٰذَآ أَمۡ أَنتُمۡ لَا تُبۡصِرُونَ﴿١٥

15Bu (əzab) da sehrdir, yoxsa görmürsünüz?

ٱصۡلَوۡهَا فَٱصۡبِرُوٓاْ أَوۡ لَا تَصۡبِرُواْ سَوَآءٌ عَلَيۡكُمۡۖ إِنَّمَا تُجۡزَوۡنَ مَا كُنتُمۡ تَعۡمَلُونَ﴿١٦

16Dadın (yalan saydığınız Cəhənnəmin) hərarətini! Səbir etsəniz də, səbir etməsəniz də sizin üçün eynidir. Sizə yalnız etdiyiniz əməllərin cəzası veriləcəkdir”.

إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتٖ وَنَعِيمٖ﴿١٧

17Şübhəsiz ki, müttəqilər cənnətlərdə və nemət içində olacaqlar.

فَٰكِهِينَ بِمَآ ءَاتَىٰهُمۡ رَبُّهُمۡ وَوَقَىٰهُمۡ رَبُّهُمۡ عَذَابَ ٱلۡجَحِيمِ﴿١٨

18Rəbbinin onlara bəxş etdiyi nemətlərə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından qorumuşdur.

كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ﴿١٩

19(Onlara belə deyiləcəkdir:) “(Dünyada ikən) etdiyiniz (saleh) əməllərinizə görə nuşcanlıqla yeyin, için!”

مُتَّكِـِٔينَ عَلَىٰ سُرُرٖ مَّصۡفُوفَةٖۖ وَزَوَّجۡنَٰهُم بِحُورٍ عِينٖ﴿٢٠

20Onlar səf-səf düzülmüş taxtlar üzərində dirsəklənəcəklər. Biz onları iri qara gözlü hurilərlə evləndirdik.

وَٱلَّذِينَ ءَامَنُواْ وَٱتَّبَعَتۡهُمۡ ذُرِّيَّتُهُم بِإِيمَٰنٍ أَلۡحَقۡنَا بِهِمۡ ذُرِّيَّتَهُمۡ وَمَآ أَلَتۡنَٰهُم مِّنۡ عَمَلِهِم مِّن شَيۡءٖۚ كُلُّ ٱمۡرِيِٕۭ بِمَا كَسَبَ رَهِينٞ﴿٢١

21İman gətirənlərin, imanla onların arxasınca gedən zürriyyətlərini (Cənnətdə) özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur.

وَأَمۡدَدۡنَٰهُم بِفَٰكِهَةٖ وَلَحۡمٖ مِّمَّا يَشۡتَهُونَ﴿٢٢

22Onlara iştahları çəkdiyi meyvədən və ətdən verəcəyik.

يَتَنَٰزَعُونَ فِيهَا كَأۡسٗا لَّا لَغۡوٞ فِيهَا وَلَا تَأۡثِيمٞ﴿٢٣

23Onlar orada bir-birinə (şərab dolu) badə uzadacaqlar. Bu (şərab) onları nə lağlağaya, nə də günaha təhrik edəcəkdir.

۞ وَيَطُوفُ عَلَيۡهِمۡ غِلۡمَانٞ لَّهُمۡ كَأَنَّهُمۡ لُؤۡلُؤٞ مَّكۡنُونٞ﴿٢٤

24Onların ətrafında (xidmətlərinə verilmiş), qorunub saxlanılan mirvari kimi yeniyetmə oğlanlar dolanacaqlar.

وَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ﴿٢٥

25Onlar bir-birinə üz tutub (dünyadakı əməlləri barəsində) soruşacaqlar.

قَالُوٓاْ إِنَّا كُنَّا قَبۡلُ فِيٓ أَهۡلِنَا مُشۡفِقِينَ﴿٢٦

26Onlar deyəcəklər: “Biz bundan öncə ailəmiz içində olarkən (Allahdan) qorxurduq.

فَمَنَّ ٱللَّهُ عَلَيۡنَا وَوَقَىٰنَا عَذَابَ ٱلسَّمُومِ﴿٢٧

27Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel (Cəhənnəm) əzabından qorudu.

إِنَّا كُنَّا مِن قَبۡلُ نَدۡعُوهُۖ إِنَّهُۥ هُوَ ٱلۡبَرُّ ٱلرَّحِيمُ﴿٢٨

28Biz bundan öncə Ona (bizi Cəhənnəm əzabından qoruması üçün) dua edirdik. Həqiqətən, O, (qullarına) yaxşılıq edəndir, (onlara qarşı) Rəhmlidir!”

فَذَكِّرۡ فَمَآ أَنتَ بِنِعۡمَتِ رَبِّكَ بِكَاهِنٖ وَلَا مَجۡنُونٍ﴿٢٩

29(Ey Peyğəmbər!) Sən xatırlat! Sən Rəbbinin neməti (bəxş etdiyi iman və ağıl) sayəsində nə kahinsən, nə də dəli!

أَمۡ يَقُولُونَ شَاعِرٞ نَّتَرَبَّصُ بِهِۦ رَيۡبَ ٱلۡمَنُونِ﴿٣٠

30Yoxsa onlar: “O bir şairdir. Biz onun ölüb getməsini gözləyirik!”– deyirlər.

قُلۡ تَرَبَّصُواْ فَإِنِّي مَعَكُم مِّنَ ٱلۡمُتَرَبِّصِينَ﴿٣١

31(Ey Peyğəmbər!) De: “Gözləyin, mən də sizinlə birlikdə (sizə üz verəcək əzabı) gözləyənlərdənəm!”

أَمۡ تَأۡمُرُهُمۡ أَحۡلَٰمُهُم بِهَٰذَآۚ أَمۡ هُمۡ قَوۡمٞ طَاغُونَ﴿٣٢

32Yoxsa onların ağılları bunu onlara əmr edir? Yoxsa onlar azğın bir qövmdürlər?

أَمۡ يَقُولُونَ تَقَوَّلَهُۥۚ بَل لَّا يُؤۡمِنُونَ﴿٣٣

33Yoxsa onlar: “(Muhamməd) onu (Quranı) özündən uydurdu!”– deyirlər. Xeyr, onlar iman gətirmirlər.

فَلۡيَأۡتُواْ بِحَدِيثٖ مِّثۡلِهِۦٓ إِن كَانُواْ صَٰدِقِينَ﴿٣٤

34Əgər doğru söyləyirlərsə, qoy ona (Qurana) bənzər bir kəlam gətirsinlər.

أَمۡ خُلِقُواْ مِنۡ غَيۡرِ شَيۡءٍ أَمۡ هُمُ ٱلۡخَٰلِقُونَ﴿٣٥

35Yoxsa onlar heç bir şey olmadan (Xaliqsizmi) yaranıblar? Yaxud onlar (öz-özlərini) yaradanlardır?

أَمۡ خَلَقُواْ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۚ بَل لَّا يُوقِنُونَ﴿٣٦

36Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar.

أَمۡ عِندَهُمۡ خَزَآئِنُ رَبِّكَ أَمۡ هُمُ ٱلۡمُصَۜيۡطِرُونَ﴿٣٧

37Yoxsa Rəbbinin xəzinələri onların yanındadır? Yoxsa onlar hökm sahibidirlər?

أَمۡ لَهُمۡ سُلَّمٞ يَسۡتَمِعُونَ فِيهِۖ فَلۡيَأۡتِ مُسۡتَمِعُهُم بِسُلۡطَٰنٖ مُّبِينٍ﴿٣٨

38Yoxsa onların, (üstünə çıxıb mələklərin söhbətlərini) dinlədikləri bir nərdivanımı vardır? Elə isə qoy onların (mələkləri) dinləyənləri açıq-aydın bir dəlil gətirsinlər!

أَمۡ لَهُ ٱلۡبَنَٰتُ وَلَكُمُ ٱلۡبَنُونَ﴿٣٩

39Yoxsa qızlar Onun, oğlanlar isə sizindir?

أَمۡ تَسۡـَٔلُهُمۡ أَجۡرٗا فَهُم مِّن مَّغۡرَمٖ مُّثۡقَلُونَ﴿٤٠

40(Ey Peyğəmbər!) Yoxsa sən (dini təbliğ etdiyinə görə) onlardan bir ücrət istəyirsən və onlar da ağır borc yükü altındadırlar?

أَمۡ عِندَهُمُ ٱلۡغَيۡبُ فَهُمۡ يَكۡتُبُونَ﴿٤١

41Yoxsa qeyb (elmi) onların yanındadır və onlar da (qeyb elmindən insanlar üçün istədiklərini) yazırlar?

أَمۡ يُرِيدُونَ كَيۡدٗاۖ فَٱلَّذِينَ كَفَرُواْ هُمُ ٱلۡمَكِيدُونَ﴿٤٢

42(Ey Peyğəmbər!) Yoxsa (sənə qarşı) bir hiylə qurmaq istəyirlər? Kafirlər özləri o hiylənin qurbanı olacaqlar.

أَمۡ لَهُمۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِۚ سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يُشۡرِكُونَ﴿٤٣

43Yoxsa onların Allahdan başqa bir ilahımı vardır? Allah onların qoşduqları şəriklərdən pak və ucadır.

وَإِن يَرَوۡاْ كِسۡفٗا مِّنَ ٱلسَّمَآءِ سَاقِطٗا يَقُولُواْ سَحَابٞ مَّرۡكُومٞ﴿٤٤

44Əgər onlar göydən bir parça (başlarına) düşdüyünü görsələr: “Üst üstə yığılmış buludlardır!”– deyərlər.

فَذَرۡهُمۡ حَتَّىٰ يُلَٰقُواْ يَوۡمَهُمُ ٱلَّذِي فِيهِ يُصۡعَقُونَ﴿٤٥

45Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et!

يَوۡمَ لَا يُغۡنِي عَنۡهُمۡ كَيۡدُهُمۡ شَيۡـٔٗا وَلَا هُمۡ يُنصَرُونَ﴿٤٦

46O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək edilməyəcək.

وَإِنَّ لِلَّذِينَ ظَلَمُواْ عَذَابٗا دُونَ ذَٰلِكَ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ﴿٤٧

47(Günahlar etməklə nəfslərinə) zülüm edənlər üçün bundan başqa (dünyada və qəbirdə) əzab vardır. Lakin onların çoxu (bunu) bilməz.

وَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ فَإِنَّكَ بِأَعۡيُنِنَاۖ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ حِينَ تَقُومُ﴿٤٨

48(Ey Peyğəmbər!) Sən Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. (Yuxudan və ya məclisdən) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et!

وَمِنَ ٱلَّيۡلِ فَسَبِّحۡهُ وَإِدۡبَٰرَ ٱلنُّجُومِ﴿٤٩

49Gecənin bir vaxtında və ulduzlar batanda Onun şəninə təriflər de!

RELATED SURAHS