Al-'Adiyat

العاديات

The Chargers11 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

وَٱلۡعَٰدِيَٰتِ ضَبۡحٗا﴿١

1And olsun tövşüyərək qaçan atlara!

فَٱلۡمُورِيَٰتِ قَدۡحٗا﴿٢

2And olsun (dırnaqları ilə) qığılcım çıxaran atlara!

فَٱلۡمُغِيرَٰتِ صُبۡحٗا﴿٣

3And olsun sübh çağı həmlə edən atlara.

فَأَثَرۡنَ بِهِۦ نَقۡعٗا﴿٤

4(Hücuma keçərək) tozanaq qaldıran atlara.

فَوَسَطۡنَ بِهِۦ جَمۡعًا﴿٥

5Onunla (tozanaqla) dəstənin içərisinə soxulan atlara.

إِنَّ ٱلۡإِنسَٰنَ لِرَبِّهِۦ لَكَنُودٞ﴿٦

6Həqiqətən, insan Rəbbinə qarşı çox nankordur.

وَإِنَّهُۥ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٞ﴿٧

7O özü də buna şahiddir.

وَإِنَّهُۥ لِحُبِّ ٱلۡخَيۡرِ لَشَدِيدٌ﴿٨

8Həqiqətən o, xeyirə (var-dövlətə) çox hərisdir.

۞ أَفَلَا يَعۡلَمُ إِذَا بُعۡثِرَ مَا فِي ٱلۡقُبُورِ﴿٩

9Məgər o bilmir ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı

وَحُصِّلَ مَا فِي ٱلصُّدُورِ﴿١٠

10və sinələrdə (qəlblərdə) olanlar aşkar ediləcəyi zaman –

إِنَّ رَبَّهُم بِهِمۡ يَوۡمَئِذٖ لَّخَبِيرُۢ﴿١١

11O gün Rəbbi onlardan xəbərdardır.

RELATED SURAHS