القارعة
The Striking Calamity • 11 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1(Qəlbləri qorxuya salan) Qariə!
2Nədir Qariə?
3Sən nə bilirsən ki, nədir Qariə?
4O gün insanlar (ətrafa) səpələnmiş pərvanələr kimi olacaqlar.
5Dağlar isə didilmiş yun kimi olacaqdır.
6(O gün) kimin tərəziləri ağır gələrsə,
7O xoş güzəran içində olacaqdır!
8Kimin də tərəziləri yüngül gələrsə,
9onun məskəni Haviyə olacaqdır.
10Sən nə bilirsən o (Haviyə) nədir?
11O, çox qızmar bir oddur!