العلق
The Clot • 19 ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
1(Ey Peyğəmbər!) Yaradan Rəbbinin adı ilə oxu!
2O, insanı qan laxtasından yaratdı.
3Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir.
4O, qələmlə (yazmağı) öyrətdi.
5İnsana bilmədiklərini öyrətdi.
6Xeyr! İnsan, doğrudan da, həddini aşır –
7özünün ehtiyacsız olduğunu gördükdə.
8Şübhəsiz dönüş ancaq Rəbbinədir.
9Mane olan kimsəni (Əbu Cəhli) gördünmü?
10Bir bəndəyə (Muhammədə) namaz qıldığı zaman?
11Söylə görək, əgər o (bəndə) doğru yoldadırsa,
12yaxud təqvanı əmr edirsə?
13Söylə görək, əgər o (kafir haqqı) yalan sayıb üz döndəribsə?
14Məgər o, Allahın (onu) gördüyünü bilmirmi?!
15Xeyr! Əgər (o pis əməlinə) son qoymasa, Biz onun kəkilindən tutub (Cəhənnəmə) sürükləyəcəyik –
16yalançı, günahkar kəkilindən.
17Qoy öz tərəfdarlarını (köməyə) çağırsın.
18Biz də zəbaniləri (əzab mələklərini) çağıracağıq.
19Xeyr, sən ona tabe olma! Səcdə et və (Allaha) yaxınlaş!