At-Tin

التين

The Fig8 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

وَٱلتِّينِ وَٱلزَّيۡتُونِ﴿١

1And olsun əncirə və zeytuna!

وَطُورِ سِينِينَ﴿٢

2And olsun Sina dağına!

وَهَٰذَا ٱلۡبَلَدِ ٱلۡأَمِينِ﴿٣

3And olsun bu əmin-aman şəhərə (Məkkəyə)!

لَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ فِيٓ أَحۡسَنِ تَقۡوِيمٖ﴿٤

4Biz insanı ən gözəl biçimdə yaratdıq!

ثُمَّ رَدَدۡنَٰهُ أَسۡفَلَ سَٰفِلِينَ﴿٥

5Sonra isə onu aşağı qatların ən aşağısına qaytardıq.

إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فَلَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونٖ﴿٦

6Yalnız iman gətirib saleh əməllər edənlər müstəsnadır! Onlar üçün tükənməz mükafat vardır.

فَمَا يُكَذِّبُكَ بَعۡدُ بِٱلدِّينِ﴿٧

7(Ey insan!) bundan sonra səni dini (haqq-hesab gününü) yalan saymağa məcbur edən nədir?

أَلَيۡسَ ٱللَّهُ بِأَحۡكَمِ ٱلۡحَٰكِمِينَ﴿٨

8Məgər Allah hakimlərin hakimi deyilmi?

RELATED SURAHS