Ad-Duha

الضحى

The Morning Hours11 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

وَٱلضُّحَىٰ﴿١

1And olsun səhərə!

وَٱلَّيۡلِ إِذَا سَجَىٰ﴿٢

2And olsun (zülməti ilə hər şeyi) örtən gecəyə!

مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ﴿٣

3(Ey Peyğəmbər!) Rəbbin nə səni tərk etdi, nə də (sənə) qəzəbləndi.

وَلَلۡأٓخِرَةُ خَيۡرٞ لَّكَ مِنَ ٱلۡأُولَىٰ﴿٤

4Axirət sənin üçün dünyadan daha xeyirlidir.

وَلَسَوۡفَ يُعۡطِيكَ رَبُّكَ فَتَرۡضَىٰٓ﴿٥

5Rəbbin sənə (nemət) bəxş edəcək və sən də (Ondan) razı qalacaqsan.

أَلَمۡ يَجِدۡكَ يَتِيمٗا فَـَٔاوَىٰ﴿٦

6Məgər O, səni yetim ikən tapıb sığınacaq vermədimi?!

وَوَجَدَكَ ضَآلّٗا فَهَدَىٰ﴿٧

7Səni çaşqın halda tapıb doğru yola yönəltmədimi?

وَوَجَدَكَ عَآئِلٗا فَأَغۡنَىٰ﴿٨

8Səni yoxsul ikən tapıb zəngin etmədimi?

فَأَمَّا ٱلۡيَتِيمَ فَلَا تَقۡهَرۡ﴿٩

9Elə isə yetimə xor baxma!

وَأَمَّا ٱلسَّآئِلَ فَلَا تَنۡهَرۡ﴿١٠

10Dilənçini də qovma!

وَأَمَّا بِنِعۡمَةِ رَبِّكَ فَحَدِّثۡ﴿١١

11Və Rəbbinin nemətindən söhbət aç.

RELATED SURAHS