Al-Qiyamah

القيامة

The Resurrection40 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

لَآ أُقۡسِمُ بِيَوۡمِ ٱلۡقِيَٰمَةِ﴿١

1And içirəm Qiyamət gününə!

وَلَآ أُقۡسِمُ بِٱلنَّفۡسِ ٱللَّوَّامَةِ﴿٢

2And içirəm özünü qınayan nəfsə!

أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَلَّن نَّجۡمَعَ عِظَامَهُۥ﴿٣

3Məgər insan (ölüb çürüdükdən sonra) onun sümüklərini bir yerə yığa bilməyəcəyimizimi zənn edir?!

بَلَىٰ قَٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّيَ بَنَانَهُۥ﴿٤

4Bəli, Biz onun barmaq uclarını da bərpa etməyə qadirik.

بَلۡ يُرِيدُ ٱلۡإِنسَٰنُ لِيَفۡجُرَ أَمَامَهُۥ﴿٥

5Lakin insan (bundan sonra da) günah etmək istəyər.

يَسۡـَٔلُ أَيَّانَ يَوۡمُ ٱلۡقِيَٰمَةِ﴿٦

6O: “Qiyamət günü nə vaxt olacaq!”– deyə (rişxəndlə) soruşur.

فَإِذَا بَرِقَ ٱلۡبَصَرُ﴿٧

7Göz bərələcəyi,

وَخَسَفَ ٱلۡقَمَرُ﴿٨

8ay tutulacağı

وَجُمِعَ ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ﴿٩

9günəşlə ayın qovuşacağı zaman –

يَقُولُ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذٍ أَيۡنَ ٱلۡمَفَرُّ﴿١٠

10o gün insan: “Qaçacaq yer haradadır?”– deyəcəkdir.

كَلَّا لَا وَزَرَ﴿١١

11Xeyr, (o gün) pənah aparılacaq yer olmayacaqdır.

إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمُسۡتَقَرُّ﴿١٢

12O gün qayıdış (ancaq) Rəbbinə olacaqdır.

يُنَبَّؤُاْ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذِۭ بِمَا قَدَّمَ وَأَخَّرَ﴿١٣

13O gün insana etdiyi və sonraya saxladığı (əməlləri) barədə xəbər veriləcəkdir.

بَلِ ٱلۡإِنسَٰنُ عَلَىٰ نَفۡسِهِۦ بَصِيرَةٞ﴿١٤

14Əslində, insan öz əleyhinə şahiddir.

وَلَوۡ أَلۡقَىٰ مَعَاذِيرَهُۥ﴿١٥

15Hər cür üzrxahlıq etsə də (fayda verməz)!

لَا تُحَرِّكۡ بِهِۦ لِسَانَكَ لِتَعۡجَلَ بِهِۦٓ﴿١٦

16(Ey Peyğəmbər! Cəbrail sənə Quranı nazil etdikdə) onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!

إِنَّ عَلَيۡنَا جَمۡعَهُۥ وَقُرۡءَانَهُۥ﴿١٧

17Şübhəsiz ki, onu (qəlbində) cəm etmək və (dilində) oxutmaq Bizə aiddir.

فَإِذَا قَرَأۡنَٰهُ فَٱتَّبِعۡ قُرۡءَانَهُۥ﴿١٨

18Biz onu (Cəbrailin dili ilə) oxuduğumuz zaman sən onun oxunuşuna tabe ol.

ثُمَّ إِنَّ عَلَيۡنَا بَيَانَهُۥ﴿١٩

19Sonra onu bəyan etmək də Bizə aiddir.

كَلَّا بَلۡ تُحِبُّونَ ٱلۡعَاجِلَةَ﴿٢٠

20Xeyr! Əksinə, siz tez ötüb keçəni (fani dünyanı) sevirsiniz.

وَتَذَرُونَ ٱلۡأٓخِرَةَ﴿٢١

21Axirəti isə tərk edirsiniz.

وُجُوهٞ يَوۡمَئِذٖ نَّاضِرَةٌ﴿٢٢

22O gün (bir çox) üzlər parlayacaq,

إِلَىٰ رَبِّهَا نَاظِرَةٞ﴿٢٣

23öz Rəbbinə baxacaqdır.

وَوُجُوهٞ يَوۡمَئِذِۭ بَاسِرَةٞ﴿٢٤

24O gün (bir çox) üzlər də tutulub qaralacaq,

تَظُنُّ أَن يُفۡعَلَ بِهَا فَاقِرَةٞ﴿٢٥

25ona böyük bir müsibət üz verəcəyini zənn edəcəkdir.

كَلَّآ إِذَا بَلَغَتِ ٱلتَّرَاقِيَ﴿٢٦

26Xeyr, (ruh) körpücük sümüklərinə yetişəcəyi zaman;

وَقِيلَ مَنۡۜ رَاقٖ﴿٢٧

27“Kimdir ovsun edən?”– deyiləcək.

وَظَنَّ أَنَّهُ ٱلۡفِرَاقُ﴿٢٨

28(Can verən kimsə dünya həyatından) ayrıldığını yəqin edəcəyi

وَٱلۡتَفَّتِ ٱلسَّاقُ بِٱلسَّاقِ﴿٢٩

29ayaq ayağa dolaşacağı zaman –

إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمَسَاقُ﴿٣٠

30o gün (hər kəs) Rəbbinin hüzuruna gətiriləcək.

فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ﴿٣١

31O (kafir) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı.

وَلَٰكِن كَذَّبَ وَتَوَلَّىٰ﴿٣٢

32Lakin (haqqı) yalan saydı və üz döndərdi.

ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهۡلِهِۦ يَتَمَطَّىٰٓ﴿٣٣

33Sonra da lovğa-lovğa ailəsinin yanına getdi.

أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰ﴿٣٤

34Vay sənin halına, vay!

ثُمَّ أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰٓ﴿٣٥

35Sonra da vay sənin halına, vay!

أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَن يُتۡرَكَ سُدًى﴿٣٦

36Yoxsa insan başlı-başına buraxılacağınımı güman edir?!

أَلَمۡ يَكُ نُطۡفَةٗ مِّن مَّنِيّٖ يُمۡنَىٰ﴿٣٧

37Məgər o, mənidən axıdılan bir damla nütfə deyildimi?

ثُمَّ كَانَ عَلَقَةٗ فَخَلَقَ فَسَوَّىٰ﴿٣٨

38Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir surət verdi.

فَجَعَلَ مِنۡهُ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ﴿٣٩

39Ondan da biri kişi, biri qadın olmaqla iki cift yaratdı.

أَلَيۡسَ ذَٰلِكَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحۡـِۧيَ ٱلۡمَوۡتَىٰ﴿٤٠

40Məgər (bunları edən) Allah ölüləri diriltməyə qadir deyilmi?

RELATED SURAHS