Ad-Dukhan

الدخان

The Smoke59 ayahsMeccan

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

حمٓ﴿١

1Hə. Mim.[1]

وَٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ﴿٢

2And olsun (bu) açıq-aydın Kitaba!

إِنَّآ أَنزَلۡنَٰهُ فِي لَيۡلَةٖ مُّبَٰرَكَةٍۚ إِنَّا كُنَّا مُنذِرِينَ﴿٣

3Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Həqiqətən, Biz xəbərdar edirik.

فِيهَا يُفۡرَقُ كُلُّ أَمۡرٍ حَكِيمٍ﴿٤

4Hər bir hikmətli iş o gecədə ayırd edilir –

أَمۡرٗا مِّنۡ عِندِنَآۚ إِنَّا كُنَّا مُرۡسِلِينَ﴿٥

5Tərəfimizdən vəhy edilən əmr ilə. Həqiqətən, (elçiləri) Biz göndəririk –

رَحۡمَةٗ مِّن رَّبِّكَۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ﴿٦

6Rəbbindən mərhəmət olaraq. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.

رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُم مُّوقِنِينَ﴿٧

7Əgər yəqinliklə inanırsınızsa, (bilin ki, Allah) göylərin, yerin və onların arasında olanların Rəbbidir.

لَآ إِلَٰهَ إِلَّا هُوَ يُحۡيِۦ وَيُمِيتُۖ رَبُّكُمۡ وَرَبُّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ﴿٨

8Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Dirildir və Öldürür. (O,) sizin də Rəbbinizdir, öncəki atalarınızın da Rəbbidir.

بَلۡ هُمۡ فِي شَكّٖ يَلۡعَبُونَ﴿٩

9Xeyr, onlar şəkkə qapılıb əylənirlər.

فَٱرۡتَقِبۡ يَوۡمَ تَأۡتِي ٱلسَّمَآءُ بِدُخَانٖ مُّبِينٖ﴿١٠

10Sən göydən aşkar bir duman gələcəyi günü gözlə.

يَغۡشَى ٱلنَّاسَۖ هَٰذَا عَذَابٌ أَلِيمٞ﴿١١

11O (duman) insanları bürüyəcək. Bu, ağrılı-acılı bir əzabdır.

رَّبَّنَا ٱكۡشِفۡ عَنَّا ٱلۡعَذَابَ إِنَّا مُؤۡمِنُونَ﴿١٢

12(Onlar:) “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz iman gətiririk”– (deyəcəklər).

أَنَّىٰ لَهُمُ ٱلذِّكۡرَىٰ وَقَدۡ جَآءَهُمۡ رَسُولٞ مُّبِينٞ﴿١٣

13Onlar necə öyüd-nəsihət eşidə bilərlər?! Artıq onlara açıq-aşkar bir peyğəmbər gəldi.

ثُمَّ تَوَلَّوۡاْ عَنۡهُ وَقَالُواْ مُعَلَّمٞ مَّجۡنُونٌ﴿١٤

14Onlar isə ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!”– dedilər.

إِنَّا كَاشِفُواْ ٱلۡعَذَابِ قَلِيلًاۚ إِنَّكُمۡ عَآئِدُونَ﴿١٥

15Biz əzabı (sizdən) bir az uzaqlaşdıracağıq, siz (yenə küfrə) qayıdacaqsınız.

يَوۡمَ نَبۡطِشُ ٱلۡبَطۡشَةَ ٱلۡكُبۡرَىٰٓ إِنَّا مُنتَقِمُونَ﴿١٦

16(Kafirləri) böyük bir müsibətlə yaxalayacağımız gün (Qiyamət və ya Bədr döyüşü günü), Biz (onlardan) intiqam alacağıq.

۞ وَلَقَدۡ فَتَنَّا قَبۡلَهُمۡ قَوۡمَ فِرۡعَوۡنَ وَجَآءَهُمۡ رَسُولٞ كَرِيمٌ﴿١٧

17Biz onlardan əvvəl Firon qövmünü imtahana çəkdik. Onlara hörmətli bir elçi (Musa) gəldi.

أَنۡ أَدُّوٓاْ إِلَيَّ عِبَادَ ٱللَّهِۖ إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ﴿١٨

18(Musa, Firona və onun qövmünə belə dedi): “Allahın qullarını (İsrail oğullarını) mənə qaytarın. Həqiqətən, mən sizin üçün əmin bir elçiyəm.

وَأَن لَّا تَعۡلُواْ عَلَى ٱللَّهِۖ إِنِّيٓ ءَاتِيكُم بِسُلۡطَٰنٖ مُّبِينٖ﴿١٩

19Allaha qarşı təkəbbürlük göstərməyin. Həqiqətən, mən sizə aydın bir dəli ilə gəlmişəm.

وَإِنِّي عُذۡتُ بِرَبِّي وَرَبِّكُمۡ أَن تَرۡجُمُونِ﴿٢٠

20Mən sizin məni daşqalaq etmənizdən mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha sığınıram.

وَإِن لَّمۡ تُؤۡمِنُواْ لِي فَٱعۡتَزِلُونِ﴿٢١

21Əgər mənə iman gətirmirsinizsə, məndən uzaq olun!”

فَدَعَا رَبَّهُۥٓ أَنَّ هَٰٓؤُلَآءِ قَوۡمٞ مُّجۡرِمُونَ﴿٢٢

22O (Musa), Rəbbinə dua edib dedi: “Həqiqətən, bunlar günahkar bir qövmdür!”

فَأَسۡرِ بِعِبَادِي لَيۡلًا إِنَّكُم مُّتَّبَعُونَ﴿٢٣

23(Allah buyurdu:) “Qullarımla (İsrail oğulları ilə) birlikdə gecə ikən yola çıx. Çünki siz təqib olunacaqsınız.

وَٱتۡرُكِ ٱلۡبَحۡرَ رَهۡوًاۖ إِنَّهُمۡ جُندٞ مُّغۡرَقُونَ﴿٢٤

24Dənizi də sakit (və ya açıq) burax! Onlar suda batırılacaq əsgərlərdir!”

كَمۡ تَرَكُواْ مِن جَنَّٰتٖ وَعُيُونٖ﴿٢٥

25Onlar bir çox bağlar və çeşmələr qoyub getdilər,

وَزُرُوعٖ وَمَقَامٖ كَرِيمٖ﴿٢٦

26və (neçə-neçə) əkinlər, möhtəşəm yerlər

وَنَعۡمَةٖ كَانُواْ فِيهَا فَٰكِهِينَ﴿٢٧

27və ləzzət aldıqları neçə-neçə nemətlər (qoyub getdilər).

كَذَٰلِكَۖ وَأَوۡرَثۡنَٰهَا قَوۡمًا ءَاخَرِينَ﴿٢٨

28(Onları) belə (cəzalandırdıq!) Biz o nemətlərə başqalarını (İsrail oğullarını) varis etdik.

فَمَا بَكَتۡ عَلَيۡهِمُ ٱلسَّمَآءُ وَٱلۡأَرۡضُ وَمَا كَانُواْ مُنظَرِينَ﴿٢٩

29Onlardan ötrü nə göy, nə də yer ağladı. Onlara möhlət də verilmədi.

وَلَقَدۡ نَجَّيۡنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ مِنَ ٱلۡعَذَابِ ٱلۡمُهِينِ﴿٣٠

30Biz İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq –

مِن فِرۡعَوۡنَۚ إِنَّهُۥ كَانَ عَالِيٗا مِّنَ ٱلۡمُسۡرِفِينَ﴿٣١

31Firondan. Çünki o, özünü yüksək tutan və həddi aşanlardan idi.

وَلَقَدِ ٱخۡتَرۡنَٰهُمۡ عَلَىٰ عِلۡمٍ عَلَى ٱلۡعَٰلَمِينَ﴿٣٢

32Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən (zəmanələrindəki insanlardan) üstün etdik.

وَءَاتَيۡنَٰهُم مِّنَ ٱلۡأٓيَٰتِ مَا فِيهِ بَلَٰٓؤٞاْ مُّبِينٌ﴿٣٣

33Onlara içində açıq-aydın imtahan olan dəlillər (bildirçin əti, qüdrət halvası və s.) verdik.

إِنَّ هَٰٓؤُلَآءِ لَيَقُولُونَ﴿٣٤

34(Ey Peyğəmbər!) Bunlar (qövmünün müşrikləri) mütləq deyəcəklər:

إِنۡ هِيَ إِلَّا مَوۡتَتُنَا ٱلۡأُولَىٰ وَمَا نَحۡنُ بِمُنشَرِينَ﴿٣٥

35“Bu bizim ilk ölümümüzdür. Biz (bir daha) dirildilməyəcəyik.

فَأۡتُواْ بِـَٔابَآئِنَآ إِن كُنتُمۡ صَٰدِقِينَ﴿٣٦

36Əgər (öldükdən sonra diriləcəyimizi) doğru deyirsinizsə, atalarımızı (dirildib) gətirin!”

أَهُمۡ خَيۡرٌ أَمۡ قَوۡمُ تُبَّعٖ وَٱلَّذِينَ مِن قَبۡلِهِمۡ أَهۡلَكۡنَٰهُمۡۚ إِنَّهُمۡ كَانُواْ مُجۡرِمِينَ﴿٣٧

37(Ey Peyğəmbər!) Bunlar (Məkkə müşrikləri) üstündür (qüvvətlidir), yoxsa Tubba qövmü və onlardan əvvəlkilər? (Ad və Səmud qövmü?) Biz onları məhv etdik. Çünki onlar günahkarlar idilər.

وَمَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا لَٰعِبِينَ﴿٣٨

38Biz göyləri, yeri və onların arasında olanları əyləncə (boş yerə) yaratmadıq.

مَا خَلَقۡنَٰهُمَآ إِلَّا بِٱلۡحَقِّ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ﴿٣٩

39Biz onları haqq olaraq yaratdıq, lakin onların (müşriklərin) çoxu (bunu) bilməz.

إِنَّ يَوۡمَ ٱلۡفَصۡلِ مِيقَٰتُهُمۡ أَجۡمَعِينَ﴿٤٠

40Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır.

يَوۡمَ لَا يُغۡنِي مَوۡلًى عَن مَّوۡلٗى شَيۡـٔٗا وَلَا هُمۡ يُنصَرُونَ﴿٤١

41O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcək.

إِلَّا مَن رَّحِمَ ٱللَّهُۚ إِنَّهُۥ هُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ﴿٤٢

42Yalnız Allahın rəhm etdiyi kimsədən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir.

إِنَّ شَجَرَتَ ٱلزَّقُّومِ﴿٤٣

43Həqiqətən, (Cəhənnəmdəki) zəqqum ağacı.

طَعَامُ ٱلۡأَثِيمِ﴿٤٤

44Günahkar kimsənin yeməyidir.

كَٱلۡمُهۡلِ يَغۡلِي فِي ٱلۡبُطُونِ﴿٤٥

45(Zəqqum ağacının meyvəsi) əridilmiş yağ (yaxud mis) kimi qarınlarda qaynayar –

كَغَلۡيِ ٱلۡحَمِيمِ﴿٤٦

46qaynar suyun qaynaması kimi.

خُذُوهُ فَٱعۡتِلُوهُ إِلَىٰ سَوَآءِ ٱلۡجَحِيمِ﴿٤٧

47Onu (günahkar kimsəni) tutub Cəhənnəmin ortasına sürükləyin!

ثُمَّ صُبُّواْ فَوۡقَ رَأۡسِهِۦ مِنۡ عَذَابِ ٱلۡحَمِيمِ﴿٤٨

48Sonra başının üstünə əzab olaraq qaynar sudan tökün!

ذُقۡ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡكَرِيمُ﴿٤٩

49(Sonra ona belə deyilər:) Dad (bu əzabı!) Sən ki qüdrətli və hörmətli birisi idin.

إِنَّ هَٰذَا مَا كُنتُم بِهِۦ تَمۡتَرُونَ﴿٥٠

50Bu, sizin (dünyada ikən) şübhə etdiyiniz əzabdır!

إِنَّ ٱلۡمُتَّقِينَ فِي مَقَامٍ أَمِينٖ﴿٥١

51Müttəqilər isə əmin-aman bir məqamda –

فِي جَنَّٰتٖ وَعُيُونٖ﴿٥٢

52bağçalarda və çeşmələr başında olacaqlar!

يَلۡبَسُونَ مِن سُندُسٖ وَإِسۡتَبۡرَقٖ مُّتَقَٰبِلِينَ﴿٥٣

53Taftadan və atlazdan (nazik və qalın ipdən) libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.

كَذَٰلِكَ وَزَوَّجۡنَٰهُم بِحُورٍ عِينٖ﴿٥٤

54Bu belədir! (Üstəlik) onları iri qara gözlü hurilərlə də evləndirəcəyik.

يَدۡعُونَ فِيهَا بِكُلِّ فَٰكِهَةٍ ءَامِنِينَ﴿٥٥

55Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər.

لَا يَذُوقُونَ فِيهَا ٱلۡمَوۡتَ إِلَّا ٱلۡمَوۡتَةَ ٱلۡأُولَىٰۖ وَوَقَىٰهُمۡ عَذَابَ ٱلۡجَحِيمِ﴿٥٦

56Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. (Allah) onları Cəhənnəm əzabından qorumuşdur.

فَضۡلٗا مِّن رَّبِّكَۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ﴿٥٧

57(Bunlar) Rəbbindən bir lütf olaraq (verilmişdir). Bu, böyük uğurdur.

فَإِنَّمَا يَسَّرۡنَٰهُ بِلِسَانِكَ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ﴿٥٨

58(Ey Peyğəmbər!) Biz onu (Quranı) sənin dilində asanlaşdırdıq ki, bəlkə ibrət alsınlar.

فَٱرۡتَقِبۡ إِنَّهُم مُّرۡتَقِبُونَ﴿٥٩

59(Ey Peyğəmbər!) Sən (Allahın zəfərini, müşriklərin həlakını) gözlə! Şübhəsiz ki, onlar da (sənin ölümünü) gözləyirlər.

RELATED SURAHS